ArxivXəbər lentiXəbərlər

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycana səfər edəcək

Noyabrın sonunda İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin Azərbaycana səfəri nəzərdə tutulur və səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, eyni zamanda, bu ilin sonunda ölkəmizdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58 faiz artıb. İlin sonunadək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisi başa çatdırılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button