ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan R. media münasibətlərinin inkişafının önəmi

İran İslam Respublikası xəbər agentliyi- IRNA-nın sərəncamçı müdiri İran və Azərbaycan Respublikası medialarının ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə səylərini vacib bilib.

IRNA-nın məlumatına görə, İran İslam Respublikası xəbər agentliyi sərəncamçı müdiri Məhəmməd Xodadi dünən Bakıda dünya xəbər agentliklərinin beşinci konfransının keçirilməsinin kənarında Azərbaycan Respublikası Mətbuat Şurasının üzvləri və bu ölkə mediaları müdirlərindən bir qrupu ilə görüşüb.

Mohəmməd Xoddadi bu görüşdə müasir dünyada informasiyanın mühüm roluna və mediaların cəmiyyətin müxtəlif sahələrinə olan təsirinə toxunaraq, İran İslam Respublikası xəbər agentliyinin Azərbaycan Respublikası mediaları ilə həmkarlıqları artırmağa hazır olduğunu bildirib.

Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu görüşdə İrana olmuş son səfərinin müsbət nəticələrinə və iranlı rəsmilərlə görüşlərinə toxunaraq, deyib ki, iki ölkə əlaqələri yüksək səviyyədədir və iki ölkə mediaları arasında anlaşma daha da genişlənməlidir.

Həmçinin bu görüşdə Azərbaycan Respublikasının media rəsmiləri İran mediaları ilə əlaqə və həmkarlıqların gücləndirilməyə maraqlı olduqlarını bildiriblər.

Bu məlumata görə, Dünya Xəbər Agentliklərinin beşinci konfransı və Asiya və Okeaniya Xəbər Agentlikləri Təşkilatı Baş Assambleyasının 16-cı konfransı noyabrın 16-dan 18-dək Bakıda keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button