ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələri birləşdirilir

İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri bir İran şirkəti tərəfindən İran, Rusiya və Azərbaycan Respublikasının elektrik şəbəkələrinin birləşdirilməsi ilə bağlı araşdırmaların həyata keçirildiyini açıqlayıb.
 Məhəmməd Əli Fərəhnakian İRNA-ya verdiyi müsahibədə deyib: “İran, Rusiya və Azərbaycan Respublikası, üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi üzrə tədqiqatların aparılmasını İranın konsaltınq şirkətinə tapşırıblar ki, bu da İranın elektrik sənayesi üçün böyük şərəfdir.
İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: “Bu cür layihələrdə üç mühüm cəhətə riayət olunmalıdır ki, onlardan birincisi iqtisadi cəhətdir. Onun sözlərinə görə, elektrik enerjisi mübadiləsinin iqtisadi cəhətdən sərfəli olması, mübadilənin zamanı, ölkələrdə elektrik enerjisinin mübadiləsi ilə bağlı qanunların yoxlanılması, bu üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi üzrə tədqiqatların iqtisadi aspektinin ən mühüm hissələri arasındadır.
İranın energetika nazirinin müşaviri ikinci əhəmiyyətli cəhəti texniki araşdırmalar hesab edib və bu məsələ ki, elektrik və enerji mübadiləsi üçün bir sıra obyektlərin əlavə edilməsi lazımdır və ya başqa şeylərə diqqət yetirilməlidir.
Farhanakian üçüncü cəhəti ekoloji cəhət hesab edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button