ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ polisi tərəfindən qətllər 2022-ci ildə rekord həddə çatıb

Yeni statistikalar göstərir ki, ABŞ polisi 2022-ci ildə ən azı 1176 nəfəri öldürüb

ABŞ polisinin zorakılıqlarını izləyən bir qeyri-kommersiya tədqiqat qrupu cümə günü bildirib ki, ABŞ hüquq-mühafizə orqanları 2022-ci ildə ən azı 1176 nəfəri öldürüb.
“Qaradərililərin həyatı önəmlidir” hərəkatı ilə əlaqədə olan “Mapping Police Violens” yəni polisin zorakılığını izləmə qrupu bildirib ki, 2022-ci ildə polis tərəfindən güllələnmə, döyülmə, elektrik cərəyanı vurma və həbs edilərək öldürülənlərin sayı 2021-ci illə müqayisədə 31 nəfər çoxdur.
1176 nəfərin öldüyünü göstərən 2022-ci ilin statistikası 2013-cü ildən bəri ən yüksək göstəricidir.
Keçən il polisin heç kəsi öldürmədiyi cəmi 12 gün qeydə alınıb. Məlumata əsasən, ötən il ABŞ polisi hər gün orta hesabla üç nəfərdən çox və ya hər ay təxminən 100 nəfəri öldürüb.
Bu qətllərin 132-i (11%) heç bir cinayətin iddia edilmədiyi hallar olub. 98 qətl (8%) yol hərəkəti qaydalarının pozulmasına görə, polislə toqquşma nəticəsində baş verib.
Həmçinin polis tərəfindən öldürülənlərin 24 faizi qaradərili olub.
Ekspertlər bu statistikanı qaradərililərə qarşı daha çox polis zorakılığının göstəricisi hesab edirlər, çünki qaradərililər Amerika əhalisinin 13%-ni təşkil edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button