ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Qasim Süleymaninin ildönümündə BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb

…terror aktının beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsini və onu planlayanlar, əmr edənlər və icra edənlərin cəzalandırılmasını istəyi

İranın rəsmi nümayəndəsi İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı general Qasim Süleymaninin ABŞ tərəfindən terrora məruz qalmasının ikinci ildönümündə BMT Təhlükəsizlik Şurasına məktub yazaraq müraciət edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın BMT-dəki daimi səfiri Məcid Təxti-Rəvançi Təhlükəsizlik Şurasının sədrinə Qasim Süleymaninin ildönümü ilə bağlı məktub ünvanlayaraq, bu terror aktının beynəlxalq hüquq və qanun müstəvisində qiymətləndirilməsini və lazımi tədbirlərin görülməsini istəyib.

İran rəsmisi bu məktubda Qasim Süleymaninin İranın rəsmi hərbi qurumunun generalı olduğunu, birbaşa ABŞ prezidenti tərəfindən, İraq rəhbərliyinin razılığı ilə Bağdada açıq səfəri zamanı terrora məruz qaldığını yazıb. O bildirib ki, İsrailin rəsmiləri son açıqlamalarında terror aktında rolları olduğunu bildiriblər.

“Şəhid general Qasim Süleymani beynəlxalq müstəvidə terrorla mübarizədə mühüm rola malik olub. Buna görə ona sülh generalı və terrorla mübarizənin qəhrəmanı titulu verilməlidir. Buna görə onu ABŞ tərəfindən qorxaqçasına terror etmək İŞİD və sair terror qruplarına hədiyyə etmək deməkdir”, deyə İran rəsmisi BMT TŞ-da Amerikanın bu addımı ilə bağlı lazımi tədbirlərin görülməsi, terror aktının beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsini və onu planlayanlar, əmr edənlər və icra edənlərin cəzalandırılmasını istəyib.

“Bu terror aktının beynəlxalq sülh və sabitliyə olan acı nəticələrini nəzərə alaraq, BMT TŞ gərək öz məsuliyyətini yerinə yetirsin və Amerika və İsraili bu terroru planlamaqda və onu icra etməkdə məsul tərəf kimi tanısın”, deyə Məcid Təxti-Rəvançi əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button