ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran, Bakı-İrəvan danışıqlarında irəliləyişi alqışlayır

Seyid İbrahim Rəisi Nikol Paşinyanla telefon danışığı zamanı, onu Həzrət İsa Məsihin (ə) viladəti və Yeni ilin başlanması münasibətilə təbrik edib və iki ölkə arasında müxtəlif səviyyələrdə davamlı təmaslar və dialoqun zəruri olduğunu bildirib.

İran prezidenti daha sonra qeyd edib ki, İran İslam Respublikasının prinsipial siyasətlərindən biri ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdir. Bu baxımdan Tehran Ermənistanın bütün ərazilər və bu ölkədən keçən yollar üzərində suverenliyini dəstəkləyir”.

Rəisi Tehranın Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında danışıqlar prosesində irəliləyişi alqışladığını bildirərək deyib: “Ümid edirik ki, iki ölkə arasındakı digər məsələlər də beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq və regionda daha çox sülh, sabitlik və təhlükəsizliyin şahidi olacağıq”.

İran İslam Respublikası Prezidenti deyib: Tehran və İrəvan arasında əməkdaşlıq və iqtisadi mübadilə səviyyəsinin inkişafı bütün tərəflərin maraqlarını təmin etməklə yanaşı, şübhəsiz ki, təhlükəsizliyi də təmin edəcək.

İbrahim Rəisi İranın regionda kammunikasiyaların bərpasını dəstəklədiyini bildirib.

Nikol Paşinyan da öz növbəsində ölkəsinin İranla əlaqələrin hərtərəfli inkişafındakı ciddiliyini vurğulayaraq deyib: “Biz İranla bütün sahələrdə qarşılıqlı münasibətləri və iqtisadi əlaqələri artırmaq və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanı əvvəlkindən daha fəal etmək əzmindəyik”.

İran şirkətlərinin ölkəsindəki fəaliyyətindən məmnunluğunu ifadə edən Nikol Paşinyan əlavə edib: “İran şirkətlərinin Ermənistanda fəaliyyəti üçün çoxlu layihələr var və biz bu şirkətlərin infrastruktur layihələrinin həyata keçirilməsində daha çox iştirakını alqışlayırıq”.

O, daha sonra iki ölkə arasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, deyib: “Əminik ki, əməkdaşlıq səviyyəsini və ikitərəfli koordinasiyanı artırmaqla regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün mühüm addımlar ata bilərik”.

İranda xristianların mövcudluğuna və dinc həyatına toxunan Ermənistanın baş naziri vurğulayıb ki, İranın erməni icması dini kimliyini qoruyub saxlamaqla heç bir məhdudiyyət olmadan müsəlman iranlı soydaşları ilə birlikdə yaşayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button