ArxivQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti Paşinyanla telefon danışığında Tehranın mövqeyini açıqladı

“Regionun geopolitikasının və sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir”

Armen-Pressin məlumatına əsasən, söhbət zamanı regiondakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib, Xüsusən, Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın pisləşməsi, Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsi, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyalarına toxunulub.

Armen-Press əlavə edir ki, Paşinyan Ermənistanın 6 oktyabr 2022-ci ildə Praqa və 2023-cü il mayın 14-də Brüssel razılaşmalarına sadiqliyini, eləcə də bütün məsələlərin müstəsna olaraq diplomatik üsullarla və konstruktiv atmosferdə həllinə hazır olduğunu bir daha vurğulayıb. O həmçinin gərginliyin azaldılması istiqamətində Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.

İran Prezident aparatının siyasi müavini də Rəisi ilə Paşinyan arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.

Məhəmməd Cəmşidi bu barədə öz tvitində yazıb: “Doktor Rəisi Paşinyanın Qafqazdakı olaylarla bağlı fikirlərini dinlədikdən sonra bunları dedi: 1- Regionun geopolitikasının və sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir. 2- 3+3 formatından başqa istənilən əcnəbi dövlətlə əməkdaşlıq, onlarla hərbi təlimlərin keçirilməsi və şübhəli səfərlər yalnız vəziyyəti mürəkkəbləşdirir. 3.İran məsələnin həlli üçün hər iki tərəfə hər cür yardım göstərməyə hazırdır”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button