ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının müdafiə naziri İranın hərbi heyətilə görüşüb

Trend informasiya agentliyi Azərbaycan Respublikasının müdafiə nazirliyinə istinadla bu ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənovun/ İran İslam Respublikası-Azərbaycan Respublikası birgə hərbi komissiyasının iclasında iştirak məqsədilə Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin nümayəndə heyətilə görüşündən xəbər verib. İranlı heyətə general-mayor Məhəmməd Əhədi başçılıq edir.

İranlı qonaqları qarşılayan Həsənov Qarabağ iqtisadi bölgəsində yerləşən Azərbaycan Respublikası-Ermənistan şərti sərhədindəki əməliyyat durumu və azad edilmiş bölgələrdə görülən bərpa işləri barədə söhbət edib.

Azərbaycanlı tərəfin qonaqpərvərliyindən məmnunluq ifadə edən İran hərbi heyətinin başçısı da deyibdir ki: İki ölkə əlaqələri qədim tarixi köklərə malikdir.

General-mayor Məhəmməd Əhədi həmçinin qonşuluq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində qarşılıqlı görüşlərin önəminə təkid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button