Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda qəbuledilən deyil.
Qarabağ separatçılarının lideri Araik Arutyunyan avqustun 31-də “prezident” vəzifəsindən istefa verib. Bu barədə o, Facebook səhifəsində yazmışdı. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında qəbul edib.