ArxivIslamXəbər lentiXəbərlər

İmam Sadiqin (ə) Ərbəin zəvvarları üçün etdiyi dua

Hamı istəyər ki, İmam Sadiqin(ə) bu duası onun halına şamil olsun!
İslaminSesi.info – Ərbəin ziyarəti zülmün qarşısında duran İmam Hüseyn(ə)-la yeni beyət deməkdir. Zəvvar bu addımla məzlumun yanında olduğu və zalımın qarşısında durduğunu nümayiş etdirir.

Ərbəin ziyarəti ildən ilə böyüyür və bu ildə artıq zəvvarların sayı 20 milyona çatacaq. Bu dünyada misli çox az olan toplantıdır. Zəvvarlar bu addımları ilə dünya zalımlarına meydan oxuyur və onlara xəbərdarlıq edirlər.

Ərbəin ziyarəti Əhli-Beytin(ə) haqqını əda etmək, Allahın və Peyğəmbərin(s) “Sizdən yaxınlarıma məhəbbət göstərməkdən başqa heç bir əcr istəmirəm” göstərişini yerinə yetirməkdir.

Buna görə İmam Sadiq(ə) babası məzlum İmam Hüseyni(ə) ziyarət edənləri dua edərdi.

Muaviyət ibni Vəhəb deyir ki, bir gün Əba-Abdulahın (İmam Sadiq) yanına getdim. O, namaz qılırdı. Namzı bitirdi gördümki münacat oxuyub belə dua edir:

“İlahi məni, qardaşlarımı, Əbu-Abdullah Hüseyn ibni Əlinin məzarını ziyarət edənləri bağışla! Onlar mallarını və enerjilərini bizə yaxşlıq yolunda infaq edirlər. Onlar bunu edirlər çünki sənin əlində olan savaba bizə baş çəkməklə çatacaqlarına ümidvardılar. Onlar sənin peyğəmbərin Məhəmmədi(s) sevindirsin, bizim göstərişlərimizi yerinə yetirsin, düşmənlərimizi qəzəbləndirsin və sənin razılığını əldə etsinlər deyə bunu (Ərbəin ziyarəti, imam yolunda ehsan və sair) deyə edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button