ArxivXəbər lentiXəbərlər

İran XİN: Azərbaycan söz verməyib, lakin …

“Azərbaycan və İran arasında məhbusların mübadiləsi prosesi hissə-hissə davam etdirilir”.
Bunu İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi deyib.

H. Qəşqavi bildirib ki, hazırda Azərbaycan və İran arasında əlaqələr yaxşı səviyyədədir və inkişaf etməkdədir.
O xatırladıb ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli ləğv edib, İran vətəndaşları üçün viza rejiminin ləğvi məsələsi isə prezident Həsən Ruhaninin Bakıya son səfəri zamanı müzakirə olunub: “Azərbaycan tərəfi söz verib ki, İran vətəndaşları üçün viza ilə bağlı daha çox güzəştlər edəcək. Düzdür, viza rejiminin ləğvinə dair söz verməyiblər, lakin güzəştlər tətbiq olunarsa, viza rejiminin sadələşdirilməsi və məhbusların mübadiləsi iki ölkə arasında görülən ən önəmli işlər olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button