Aktual

Harun Yəhya rəsmən mason oldu

Harun Yəhya

Adnan Yusif Oktar Arslan oğlu Oktar (d. 2 Fevral 1956, Ankara, Türkiyə)— dini icma rəhbəri, müstəqil araşdırmaçı, “Texniki və Elmi Araşdırma” və “Milli Dəyərlərin Mühafizəsi” Vəqfinin qurucusu və fəxri sədri.

1956-cı il Fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. Hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır. Cavid Yalçın təxəllüsündən də istifadə eysə də əsərlərinin əksəriyyətini Harun Yəhya təxəllüsü ilə çap etdirmişdir. Bu təxəllüsü iki peyğəmbərin xatirəsinə hörmət olaraq, adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülüb. 2013-cü ildə 300-ə yaxın kitabı mövcud olmuşdur. Kitablarının üz qabığında Məhəmməd peyğəmbərin möhüründən istifadə edilməsinin simvolik mənası isə kitabların içindəkilərlə bağlıdır. İslama görə bu möhür Qurani-Kərimin Allahın son kitabı və axırıncı sözü, Məhəmmədin isə peyğəmbərlərin sonuncusu olmasının rəmzidir.

İlk dəfə 2006-cı ildə çap edilmiş “Məxluqların xəritəsi” kitabı dünyada ateist bioloqlar arasında geniş tənqid hədəfinə çevrilmişdir.
Ultratəkamül nəzəriyyəsinin banilərindən biri olan Richard Dawkins kitabı nəzərdən keçirərək onun sadə faktlardan irəli gələn yanlışlıqlarla dolu olduğunu, o cümlədən su ilanını ankvil balığı kimi səhv identifikasiya edildiyini (birinci sürünən, ikinci isə balıqdır), bir çox müasir heyvan növlərinin səhv adlandırıldığını bildirmişdir.
Kaliforniya, Berkli Universitetindən bioloq Kevin Padian yazır ki, bu kitabı almış insanlar onun ölçüsünə və tirajı valeh olmuşlar və əlavə edir ki, vaxt keçdikcə növlərin dəyişməsi haqqında bizim bildiklərimizə dair onun [H.Yəhya] hətta təsəvvürü belə yoxdur.
Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsi öz hesabatında qeyd edir ki, “Bu kitabdakı arqumentlər heç bir elmi sübuta söykənmir, kitab təkamül nəzəriyyəsinin elmi təkzibi yox, primitiv teoloji əsərdir.
Bioloq PZ Myers yazır: “Kitabın əsas obrazı təkrarçılıq və tavtologiyadır: kitab daşlaşmış heyvan qalıqları ilə müasir canlı heyvanların şəkillərini müayisə edərək iddia edir ki, heç bir dəyişiklik yoxdur və buna görə də təkamül nəzəriyyəsi səhvdir. Mahiyyətcə səhv olan bu fikir dönə-dönə təkrarlanır. Şəkillərin hamısı isə yumşaq desək oğurluqdur.
Kitabın Fransada yayılması radikal islam haqqında geniş mübahisələrə səbəb olmuşdur. Fransanın təhsil naziri Gilles de Robien “nazirliyin hazırladığı tədris planı ile uyuşmayan” bu kitabın bütün məktəb kitabxanalarından yığışdırılması haqqında göstəriş vermişdir. Milli ümumtəhsil Müfəttişliyi Paris Universitetində Təkamülçü biologiya üzrə professor Hervé LeGuyaderə müraciət edərək kitabın ətraflı təhlilini istəmişdir. H.LeGuyaderin göndərdiyi təhlildə: “bu kitabın Anglosakson kökənli kreatonist yanaşmalardan daha təhlükəli olduğunu, məlumatsız xalq kütlələri üzərində böyük təsirə malik ola biləcəyini” vurğulanmışdır. Bundan başqa kitabın elmi məzmununun “gülünc dərəcədə bəsit” olduğu qeyd edilmişdir. Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzindən Jacques Arnoulta görə H.Yəhya bu kitabında kreatonist arqumentlərini formalaşdırarkən etibarsız mənbələrə istinad etmişdir. Bu mənbələr içərisində təkümülü dəstəkləyən məqalələrin təhrif edilməsindən də qaçılmamışdır. Ona görə də bu kitab zərərli nəticələr doğuran intellektual saxtakarlıqdan başqa bir şey deyildir. 

Harun Yəhya rəsmən mason oldu

Harun Yəhya adı ilə tanınan Adnan Oktarın dəvəti ilə Türkiyənin İstambul şəhərinə gələn İtaliya Mason Lojasının lideri Gian Franco Pilloni ona «33-cü dərəcəli Mason Diplomu» verib. “Yeni Şərq”-in Faktxəbər-ə istinadən verdiyi xəbərə görə Adnan Oktar proqramına mason lojalarının üzvlərini dəvət edib. Beləliklə, özünü İslam alimi kimi təqdim edən Adnan Oktar rəsmən mason oldu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button