Xəbərlər

İran və Azərbaycan əməkdaşlığı müştərək tarixi irs əsasında möhkəmlənib

İctimai qrup: Məhəmmədbaqir Xürrəmşad – İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, həftənin şənbə günü avqust ayının 14-də Elşad İsgəndərov – Azərbaycanın Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin rəisi, ilə görüşündə deyib: ” İran və Azərbaycan əməkdaşlığı müştərək tarixi irs əsasında möhkəmlənib”. 

İslami Əlaqələr və Mədəniyyət Təşkilatının Ümumi Əlaqələr şöbəsinin verdiyi məlumatda bildirilir ki, Məhəmmədbaqir Xürrəmşad – İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, həftənin şənbə günü avqust ayının 14-də Elşad İsgəndərov – Azərbaycanın Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin rəisi, ilə görüşündə mədəniyyət və mənəviyyətə qayıdışın müasir dünyanın iki əsas xarakteriki olduğunu vurğulayaraq deyib: “Din xalqların milli və beynəlxalq həyatında mühüm təsirə malikdir. Və iki müsəlman millət və xalq olan İran və Azərbaycanın dini və mədəni əməkdaşlığı müştərək tarixi və mədəni irs əsasında möhkəmlənib”.

Məhəmmədbaqir Xürrəmşad – İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, Azərbaycan Respublikası prezidentinə son yol hadisəsi ilə bağlı başsağlığı müraciətinə görə də öz təşəkkürünü bildirib.

Məhəmmədbaqir Xürrəmşad – İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, Quran və Əhli-Beyt (ə) maarifinin zənginlik və ucalığına və iki ölkənin dini və mədəni əlaqələrinin bu əsasda nizamlanmasının əhəmiyyətinə işarə edərək dedi: “İran İslam Respublikasının və Azərbaycanın bu yöndə müştərək fəaliyyəti çox qiymətli və yaxın münasibətlər üçün dəyərli köməkdir. İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatı bu xüsusda Azərbaycan prezidentinin dini müşaviri ilə hər bir əməkdaşlığa (yazılı əsərlərin təcüməsi və nəşri, Quran üzrə fəaliyyət təcrübələrinin paylaşılması) hazırdır.

Bu görüşdə Höccətul-İslam vəl-müslimin Ocaqnəjad – Vəliyyi Fəqihin Azərbaycanda nümayəndəsi, Cavanşir Axundov – Azərbaycanın Tehrandakı səfiri, Elçin Əsgərov – Dini Komitənin rəis müavini və Nicat Məmmədli – Dini Komitənin beynəlxalq əlaqələr şöbəsinin rəisi, iştirak edirdilər.

iqna.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button