ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həzrət Zəhranın (s.ə) İmamların yanında məqamı

Dünyada yaşayan əhlibeytsevərlər Həzrət Zəhranın (s.ə) şəhadət günlərini qeyd edir. Bu günlər “Əyyami Fatimə” (Fatimə günləri) olaraq əza məclislərilə keçirilir.  Həzrət Zəhranın (s.ə) məqamı haqqında İslami mənbələrdə ( istər Şiə, istər Əhli Sünnə) kifayət qədər dəlillər mövcuddur.

 Manreulinin İmam Əli (ə) məscidinin axundu və İmam Cümə Hacı Hacıyevdən münasibət alıb.

O ilk növbədə “Əyyami Fatimə” günləri münasibətilə Əhlibeyt tərəfdarlarına başsağlığı verib.

Daha sonra bildirib: “Allah, Peyğəmbər (sə) və Əhlibeyt (ə) yanında Xanım Fatimeyi Zəhranın (s.ə) məqamı sonsuzdur. Bu haqqda çoxlu hədis və rəvayətlər var. Mən bir neçə hədisi diqqətinizə çatdırmaq istəyirəm. Həzrət İmam Həsən Əskəri (ə) buyurur ki, biz Allahın insanlara höccətləriyik, anamız Zəhra (s.ə) isə bizə höccətdir. Zamanın Sahibi, Həzrət Mehdidən (ə.f) də bir hədis vardır ki, O Həzrət buyurur: Anam Fatimədən (s.ə) mənim üçün gözəl nümunə və örnəklər var. İmam Sadiq (ə) də Həzrət Fatimə (s.ə) haqqında buyurur ki, kim Fatimeyi Zəhranı (s.ə)dərk etsə elə bil Qədr gecəsini dərk etmiş kimi olar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button