ArxivIslammədəniyyatSONXƏBƏRLƏRTarixXəbər lentiXəbərlər

Deputat Fazil Mustafa: Azərbaycanda hansı müqəddəs yer var?

Deputat Fazil Mustafa Azərbaycanda ziyarətgahların müqəddəs deyil, tarixi-dini yer adlandırmağı təklif edib. O bunu Milli Məclisin 20 dekabr tarixli iclasında vurğulayıb. 

Deputat hesab edir ki, əgər bir şəxs hansısa ziyarətgahı müqəddəs hesab edirsə, bu həmin yerin müqədəsliyinə dəlalət etmir. O bunu heç bir məntiqə sığmayan məsələ adlandırıb. “Azərbaycanda hansı müqəddəs yer var? Burada tarixi, dini yerlər yazılsa, daha yaxşı olar”, – deyə Fazil Mustafa qeyd edib.

Deputatın sözlərinə görə, İslam dünyasında “müqəddəs” və “halal” sözləri spekulyasiya edilir. “Bu qondarma ifadələrdir: müqəddəs, halal və başqa ifadələr”, – deputat bildirib.

Müsəlmanlar arasında Peyğəmbərlərin, İmamların və övliyaların məzarları ziyarət yeri hesab edilir. Belə ki, dünya müsəlmanları Mədinə şəhərində Məhəmməd Peyğəmbərin (s) məscidində onun məzarını ziyarət edirlər. Milyonlarla insan Məşhəd, Qum və Kərbəla şəhərlərinə İmam və onların övladlarının məzarı üstünə gedirlər. Azərbaycanda da, həmçinin belə yerlər mövcuddur və onlar nəinki yerli əhali, hətta turistlər tərəfindən ziyarət olunur. Bunların arasında Bibi Heybət piri, Nardaran piri, Bilgəh piri, Gəncə İmamzadəsi və digər ziyarətgahlar var. Orada dəfn olunanlar ya Allah Rəsulu, ya da İmam övladlarıdır. Bu ziyarətgahların bəziləri ölkə, bəziləri isə yerli əhəmiyyətli abidələr hesab edilir və dövlət tərəfindən qorunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button