AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Həyat yolu 1 “İbadət”

 

İbadət

İnsanların həqiqi həyatı Allah ilə rabitəyə bağlıdır. Fərdi və ictimai həyatda məbudla əlaqə nə qədər dərin olsa, insanın ruh yüksəkliyi və fiziki coşğunluğu da bir o qədər artır. Amma dünyaya qərq olsa və Xaliqlə rabitəsini kəssə, öz xiltəqinin əsil hədəfindən uzaqlaşır.

İslam Peyğəmbərinin (ə) qızı ibadətlərində Allahla dərin rabitə yarada bilmişdi. Belə ki, öz cismi yorğunluğunu əziz atasının tövsiyəsi ilə təsbih və zikrlərlə aradan qaldırırdı.

Ayə

«وَ مَا أُمِرُواْ إِلَّا لِیَعْبُدُواْ اللَّهَ مخُلِصِینَ لَهُ الدِّینَ حُنَفَاءَ وَ یُقِیمُواْ الصَّلَوةَ وَ یُؤْتُواْ الزَّکَوةَ …»

“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər.”

(“Bəyyinə” surəsi, ayə 5)

Hədis

سَأَلْتُ عَنْ اَبى عَبْدِاللّه)ع)عَنْ فاطِمَةَ)س)لِمَ سُمِّيَتِ الزَّهْراءُ)س) فَقالَ: «لاَنَّها كانَتْ اِذا قامَتْ فى مِحْرابِها زَهَرَ نُورُها لاَهْلِ السَّماءِ كَما تَزْهَرُ تَزْهُو نُورُالْكَواكِبِ لاَهْلِ الاَرْضِ.»

İmam Sadiqdən (ə) həzrət Fatimənin (ə) nə üçün “Zəhra” (parlaq) adlanması barədə soruşdum. Buyurdu: “Çünki mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların nurunun yerdə olanlar üçün saçması kimi saçırdı.”

(“İləluş-şəraye”, c. 1, səh. 215)

Ənənə

Anamın (Zəhra) səccadəsini sərib namaz qılmağa məşğul olmasını gözləyirdim. Anamın ibadətlərinə tamaşa etməyi çox xoşlayırdım. Heç bir mənzərəni anamın namazlarına tamaşa etmək qədər sevmirdim. Cümə axşamlarının birində anam həmişəki kimi öz mehrabında dayandı və Allahla razü-niyaz etməyə başladı. Anam fəcrin açılmasına qədər rüku və səcdə halında oldu.

(“Kəşful-ğummə”, c. 2, səh. 341)

Zəhra (ə) namaz qıldıqda Allahın qorxusundan nəfəsi təngləşirdi və səssiz ağlayırdı.

(“İrşadul-qulub”, səh. 105)

Hekayə

Merac səfərində yüksəliş vaxtı gözəl bir qoxu hər yeri bürümüşdü. Allahın seçilmiş peyğəmbəri (s) Cəbraildən soruşdu: “Bu nəyin ətridir?” Cəbrail dedi: “Bu gözəl ətir qoxusu Fironun qızının saç ustasının vücudundan yayılır. O, mömin və allahpərəst bir qadın idi. İbadət və tövhidə inandığı bəlli olduqda etiqadından dönməyə razı olmadı.

Firon onun etiqadında möhkəm dayandığını gördükdə dedi: – Əgər mənim allah olduğumu qəbul etməsən, övladlarını yandıracağam.

Lakin qadın imanından dönmədi. Nəhayət, etiqadı yolunda iki əziz övladını itirdi və axırda özü də Fironun əli ilə şəhid oldu. Bu gözəl qoxu onun vücudundan yayılır.”

(“Zən və cavanan əz didqah İslam” kitabından iqtibas, səh. 25)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button