ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan üçün “Conatan Pollard” təhlükəsi – AKTUAL ŞƏRH

 Azərbaycan Respublikasının geopolitik şəraiti son illərdə İsrail rejiminin bu ölkəyə marağını xeyli artırıb və bu rejimin nümayəndələri və ya İsrailin təbliği ilə məşğul olan medialar irqçi rejimin aparteid siyasətini pərdələməklə yanaşı onun müsəlman ölkəsində nüfuz dairəsini daha artıq genişləndirməyə çalışırlar.

Bu isə o deməkdir ki, İsrail rejimi yerli medianın imkanlarından faydalanaraq özünü Azərbaycanda reklam etməklə məşğuldur.

Bu tendensiya İkinci Qarabağ Müharibəsindən sonra bir qədər də geniş vüsət alıb. Və İsrail az qala doğma və strateji müttəfiq kimi qələmə verilir. Bildirilir ki, guya qələbənin əldə olunmasında İsrailin xüsusi payı olmuşdur. Məsələn deputat Aqil Abbas İsrailin Avroviziya mahnı müsabiqəsində Azərbaycana vur-tut 2 xal verməsinə münasibət bildirərkən deyib: “Baxıram ki, sosial şəbəkələrdə İsrailin bizə 2 xal verməsi narazılıqla qarşılanıb. İsrail 44 günlük müharibədə bizə 12 xal verib. Bu bizə bəsdir”.

Bununla yanaşı İsrail mediaları da bəzən rejimin Cənubi Qafqazdakı xərçəngvari nüfuzunu təmin etməkdən ötrü Azərbaycanı tərifləmək metodundan istifadə edirlər. Nüfuzlu ivritdilli “Israel HaYom” qəzetinin məqaləsində bu ifadələr yer almışdı: “Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.

Bu günlərdə isə Qarabağın minalardan təmizlənməsi üçün İsrailin Azərbaycana guya ən müasir texnikaları təqdim etmək istədiyi iddia olunub.

Xəbərdə bildirilir ki, bu avadanlıqlar vasitəsilə dronlar minaların basdırıldığı yerin koordinatlarını operatorlara yollayır və avtomatik olaraq mina xəritəsi əldə olunur.

Sual yaranır: Fələstində müsəlmanların qanını axıdan İsrail üçün müsəlman Azərbaycan vətəndaşlarının həyatı həqiqətən önəmlidirmi? Ya əksinə sionist rejim müxtəlif taktikalarla Azərbaycanda öz nüfuzunu təsbit etməklə məşğuldur? Bütün faktlar ona dəlalət edir ki, sionistlər üçün İran İslam Respublikası ilə 750 kilometr dövlət sərhədi olan Azərbaycan Respublikasında öz varlığını hiss etdirmək həyati əhəmiyyət kəsb edir. Buna elə İsrail rejiminin Bakıdakı səfiri Corc Dik də Zəngilana səfəri zamanı eyham vurdu. “Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq heç bir şey olmadığı yerdə hər şey mümkündür.”

Yayılan məlumatlara görə İsrail rejimi kənd təsərrüfatı, rabitə və ağıllı kənd kimi layihələr vasitəsilə İranla sərhəd rayonlarda casusluq şəbəkəsi yaratmaq niyyətindədir. Rejim bu yolla həm də iki dost və qardaş ölkə arasındakı əlaqələri pozmağı hədəfləyib. Diplomatın “heç bir şey olmadığı yerdə hər şey mümkündür” deməsi də bu siyasətin anonsu ola bilər.

Bu arada İsrailin ən təhlükəli məqsədi Azərbaycanın güc və təhlükəsizlik strukturlarında nüfuzunu təmin etmkdir. Təcrübəyə görə, bu rejim ən yaxın müttəfiqinə belə xəyanət etməkdən çəkinmir. 1985-ci ildə ABŞ Dəniz Qüvvələrinin analitiki olaraq işləyən Conatan Pollard-ın İsrailə casusluq ittihamı ilə həbs olunması və 30 il müddətində həbsdə qalması bunun əyani nümunəsidir. O, İsrailin yüksək səviyyəli kəşfiyyat məmurları ilə qarşılıqlı əlaqə qurmuş və ilyarım ərzində İsrailin ərəb düşmənləri, onların Sovet İttifaqından aldıqları hərbi dəstək barədə çoxsaylı gizli sənədləri İsrailə ötürmüşdü.
Ömürlük həbs cəzasına məhkum edilən Conatan Pollard nəhayət 2015-ci ildə şərti olaraq sərbəst buraxıldı və ötən il dekabrın 30-da İsrailə gətirildi.

Bəs görəsən ABŞ-a vəfa etməyən İsrail Azərbaycana vəfa edəcəkmi?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button