ArxivFilm​IslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Elvin Mürvətoğlu azadlığa çıxdı – Video

Müsəlman Birliyi Hərəkatının üzvü, gənc fəal Elvin Mürvətoğlu bu gün (red- 13 sentyabr) azadlığa çıxıb.

Elvin Mürvətoğlunu saxlanıldığı CÇM qarşısında yaxınları, dostları və onu sevənlər qarşılayıblar.

MBH üzvünün 17 saylı CÇM-də vaxtından əvvəl həbs müddətini bitirərək azadlığa çıxdığı diqqətə çatdırılır.

Xatırladaq ki, Elvin Mürvətoğlu cəmiyyətdə yazdığı şeirlər və mahnılar ilə tanınıb. Gənc fəal Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi bir çox şeirlər ilə mahnıların müəllifi olmaqla yanaşı, həm də ifaçısıdır.

Yaxınları Elvin Mürvətoğlunun həbsinə səbəb olaraq Tale Bağırzadəyə həsr etdiyi “Azadə qardaş” adlı mahnıını səbəb olaraq görürlər.

2020-ci ilin 13 mart tarixində qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunan Elvin Mürvətoğlu elə həmən ilin 25 sentyabr tarixində 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button