ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran və Rusiya bölgədə sabitliyin təmin edilməsi məsələsini müzakirə ediblər

 İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyin Əmir-Abdullahiyan Rusiyanın İrandakı səfiri Levan Jaqaryan ilə görüşü zamanı deyib ki, bölgədə sülhün və sabitliyin bərpası üçün Tehran ilə Moskva arasında ikitərəfli əməkdaşlığın inkişafı və davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Tərəflər İran İslam Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji münasibətləri müzakirə ediblər.

Hüseyin Əmir-Abdullahiyan bildirib ki, İran parlamenti üçüncü parlament məsləhətləşmələrini Tehranda keçirməyə hazırdır.

Rusiya səfiri öz növbəsində qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə dostluq əlaqələri Tehran-Moskva maraqlarının təmin edilməsində mühüm rol oynayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button