AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ekspert: Bakı dövlət ittihamçısının din xadiminə istədiyi cəza İslam dünyasına hücumdur

Doktor Məhəmmədrza Kəffaş Cəmşid deyib: “Bakı dövlət ittihamçısının Azərbaycan İslam Partiyası sədr əvəzinə istədiyi 18 il həbs cəzası İslam dünyasının bütövlüyünə qarşı hücumdur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə azərbaycanlı alim və mütəfəkkir höccətül-islam Hacı İlham Əliyevin həbsi və ona qarşı ağır cəza istənilməsinin aspektlərinin araşdırılması mövzusunda keçirilən konfransda Qafqaz məsələləri üzrə ekspert doktor Məhəmmədrza Kəffaş Cəmşid AİP-in fəaliyyətlərinə toxunaraq deyib: “Hökumət Azərbaycan İslam Partiyasının qeydiyyatını ləğv etmiş və onunla mübarizəyə qalxmışdır. Bu partiya 1992-ci ildə mərhum Hacı Əlikramın rəhbərliyi ilə təsis edildi və o, neçə il zindan həyatı yaşadıqdan sonra şəhid oldu. Partiyanın digər bir sədri doktor Mövsüm Səmədov da 11 ilə yaxındır ki, uydurma ittihamlarla həbsdədir. Onun həbsdə olduğu vaxtda partiyaya rəhbərliyi öhdəsinə almış höccətül-islam İlham Əliyev də 2020-ci ilin əvvəllərində, Hacı Qasim Süleymaninin şəhadətindən sonra Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edildi və onun məhkəmə prosesi indiyə kimi davam etmişdir. Axırıncı dəfə keçirilən məhkəmədə dövlət ittihamçısı tanınmış ruhaniyə 18 il cəza istəyib.”

Ekspert əlavə edib: “Azərbaycan İslam Partiyasının daxili və beynəlxalq aspektlərinə nəzər salsaq görərik ki, bu partiya Azərbaycan Respublikasında ən güclü və ən köklü partiyadır və əsasən şiələrdən təşkil olunub. Daxili sahədə bildiyiniz kimi Azərbaycanın ən böyük problemi Qarabağ münaqişəsidir. Əgər bu partiyanın həmin mövzuda mövqeini araşdırsaq, digər partiyalarla müqayisədə ən güclü mövqeə sahib olduğunu görərik. Bu mövqe ermənilər tərəfindən işğal edilmiş bütün ərazilərin azad edilməsidir.

Qarabağ mövzusu Azərbaycanın bir nömrəli problemidir və Allaha şükürlər olsun ki, 44 günlük müharibədə işğal edilmiş ərazilərin çoxu hissəsi azad olundu. Lakin Qarabağın Xankəndi, Əsgəran və Xocalı kimi əsas şəhərləri hələ də işğal altındadır.”

Kəffaş çıxışının davamında deyib: “Azərbaycan İslam Partiyası Qarabağın işğaldan azad edilməsi istiqamətində ən çox dəstək vermiş bir partiyadır. Bu partiyanın rəhbərləri və onların övladları da Qarabağ müharibəsində könüllü iştirak ediblər. Misal üçün hal-hazırda zindanda olan doktor Səmədovun oğlu Azərbaycan dövləti tərəfindən “Cəsur döyüşçü” medalı aldı. Onların belə şəxsiyyətə sahib olduqları bir halda təəssüflər olsun ki, vətənə xəyanət ittihamı ilə həbs edilirlər. Azərbaycan prokurorluğunun Hacı İlham Əliyevə qarşı irəli sürdüyü ittiham (vətənə xəyanət və xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq) ağır bir ittihamdır. Azərbaycan dindarları son Qarabağ müharibəsində böyük addımlar atdılar və Şuşa kimi strateji şəhərin azad edilməsi ilə nəticələnən hərbi əməliyyat bu kəsim vasitəsilə həyata keçdi. Onlar çox çətin və dözülməz yollar keçərək düşmənə hücum etdilər və strateji şəhəri düşmən işğalından azad etdilər.”

Doktor Kəffaş AİP-in beynəlxalq mövzularda mövqeinə də toxunaraq deyib: “Azərbaycan İslam Partiyasının beynəlxalq mövqelərinə baxdıqda görürük ki, cinayətkar Tramp Yaxın Şərqdə “əsrin sazişi” planını həyata keçirəcəyini dedikdə, bu partiya və onun sədr əvəzi Hacı İlham Əliyev həmin rüsvayçı saziş planına qarşı çıxdı və onu bərk pislədi, fələstinlilərin mövqeini dəstəklədi. Beləliklə, məlum olur ki, sionist rejimi və Amerika bu partiyanın ən böyük düşmənləri idi. Ona görə də bu partiyanın liderlərinə zərbə vurmaq üçün fürsət axtarırdılar. Sərdar Süleymaninin şəhadətini bu məqsəd üçün ən yaxşı fürsət bildilər və belə fikirləşdilər ki, İslam müqavimət cəbhəsinin sərkərdəsi şəhid olub və bölgədə güc boşluğu yaranıb. Sonra sionistlər və amerikalılar Azərbaycan hakimiyyətinə təklif etdilər ki, İslam Partiyasının sədr əvəzini uydurma ittihamlarla həbs etsin, beləliklə partiya öz fəaliyyətini itirsin. Təəsüf ki, Azərbaycan Respublikasının şiə mərkəzini unudaraq bu planı həyata keçirdilər. SSRİ-nin dağılmasından sonra bölgədə İslam həyatı yenidən dirçəldi və bölgə tarixi kimlik baxımından bizim ölkənin tarixi ilə tamamilə uyğundur. Qafqaz və Orta Asiyada İslamın dirçəlişi sionistləri və amerikalıları ciddi narahat etməyə başladı, onlar islami hərəkatları özüləri üçün ən böyük təhlükə sayırlar, lakin Qafqazda yeni komponent yaranmışdır.”

Ekspert vurğulayıb ki, Hacı İlham Əliyevin məhkəməsində bu ölkə prokurorluğunun tələb etdiyi cəza məncə, İslam dünyasının bütövlüyünə qarşı hücumdur. Ona görə də İslam dünyasının və İranın alim və müctəhidləri bu mövzuya xüsusi diqqət ayırmalıdır.

Doktor Kəffaş çıxışının davamında Azərbaycan hökumətini bu ölkənin dindar kəsimi ilə yaxşı rəftar etməyə çağıraraq deyib: “Azərbaycan hakimiyyətinə təklifim budur ki, öz milli potensiallarına qarşı çıxmasın. Qarabağ müharibəsində də gördük ki, Qarabağ münaqişəsinin tam həll olunması bu ölkənin müsəlman xalqının əli ilə baş tuta bilər. Minsk qrupu 30 ilə yaxın idi ki, bu münaqişənin həllinə rəhbərlik edirdi. Lakin hansı nəticələr əldə olunmuşdu? Neçə xristian ölkəsi toplaşaraq bir müsəlman və xristian ölkəsi arasında münsiflik etmək istəyirdi. Məlumdur ki, heç vaxt müsəlman ölkəsinə haqq verməyəcəklər. Necə ki, bunun şahidi olduq. Amma hüseynçilər “ya Hüseyn” və “ya Əli” şüarları ilə irəli çıxaraq öz torpaqlarını azad etdilər.

Azərbaycan hökumətindən gözlənti odur ki, bu dindarlara qarşı təzyiq göstərməsin. Azərbaycanda iki-üç minlik yəhudilər və digər firqələr azadcasına istədiyi işi edə bildiyi, hətta “ingilis şiələri” mərkəz yaratdığı bir halda bu ölkənin həqiqi dindarları təzyiq və repressiyalara məruz qalır. Bu mövzu qəbuledilməzdir. Ən azından dini azlıqlara bir gözlə baxılması üçün şüar edilmiş dini tolerantlığı 85 faiz cəmiyyət üçün də həyata keçirin.”

Qafqaz məsələləri üzrə ekspert vurğulayıb: “Mübarək Ramazan ayına qədəm qoyuruq. Dünyanın müxtəlif ölkələrində səhiyyə protokolları əsasında mədəni və dini mərkəzlər öz fəaliyyətini davam etdirir. Təəssüflər olsun ki, koronavirus pandemiyasının yayılmasından sonra Azərbaycanın hər yerində məscidlərin fəaliyyəti dayandırıldı və qapıları bağlandı. Rusiya, Türkiyə və İranda insanlar səhiyyə protokollarına uyğun olmaqla məscidlərə gedirlər, lakin Azərbaycan Respublikasında bu imkan əhalinin əlindən alınmışdır.”

Doktor Kəffaş çıxışının sonunda deyib: “Biz Azərbaycan Respublikasında həbs edilmiş dini liderlərin, o cümldədən doktor Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov, xüsusilə də Hacı İlham Əliyevin azad edilməsini istəyirik, Hacı İlham Əliyevin həbsini və dövlət ittihamçısının onun üçün ağır həbs cəzası istəməsini sifarişli bilirik və bunu bərk pisləyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button