AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Höccətül-islam Müdəbbir: Azərbaycanda İslam Partiyası üzvlərinin həbsi sionistlərin planlarının bir hissəsidir

Mühəqqiq Ərdəbili Universitetinin elmi işçisi deyib: “Hacı Mövsüm Səmədov və Hacı İlham Əliyev kimi şəxslərin həbs edilməsi sionist rejimin planlarının bir hissəsidir və Azərbaycan hökumətinin əli ilə icra edilir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə azərbaycanlı alim və mütəfəkkir höccətül-islam Hacı İlham Əliyevin həbsi və ona qarşı ağır cəza istənilməsinin aspektlərinin araşdırılması mövzusunda konfrans keçirilib. Ərdəbil Əyaləti İslam Təbliğatı Baş İdarəsinin toplantı salonunda keçirilən konfransda çıxış edən Mühəqqiq Ərdəbili Universitetinin dosenti höccətül-islam Seyfullah Müdəbbir deyib: “Azərbaycan hökuməti bilməlidir ki, sionistlərin 92-ci ildən bəri bölgədə nüfuz və İran sərhədlərini satın almaq ardınca olduğu hamıya bəllidir. Sözsüz ki, onlar İranın təsir və həssaslığını araşdırdıqdan sonra bu hövzəyə daxil olublar, lakin bölgəni mütaliə olunduğu kimi dəqiq tanımaq və həmin fərziyyə ilə məqsədə çatmaq həmişə mümkün deyil. Sionistlərin strateji səhvi Azərbaycan xalqını şiə olaraq tanımadıqlarındadır.”

  1. Müdəbbir əlavə edib: “Sionistlərin əsas hədəfi Azərbaycan dövlətidir. Hansı ki, İran bu ölkəyə çoxlu köməklər etmişdir və bundan sonra da edəcəkdir. Çünki Azərbaycan İrandan ayrı deyil. Şiə məktəb və təfəkkürdür. İran çətin günlərdə Azərbaycanın yanında olmaya bilməz. İran hər zaman Azərbaycan xalqının yanında olub, həmişə bütün sahələrdə onu dəstəkləyib. Çünki Azərbaycan hüseynçi ölkədir.”

Elmi işçi vurğulayıb: “Azərbaycan hökuməti Azərbaycan xalqından təşkil olunduğunu və hansı xalqa hökumət etdiyini bilməlidir. Siz bu ölkədə neçə milyon hüseynçiyə cavabdehsiniz.”

O əlavə edib: “Məktəb iki xalqı (İran və Azərbaycan Respublikasını) bir xalq edib və indi də belədir. Düzdür ki, siyasi coğrafiyaya əsasən, hər bir ölkənin beynəlxalq sərhədləri vardır və buna hörmətlə yanaşmaq lazımdır, amma fikri sərhədlərdə eynidirlər. Ona görə də sionistlər Azərbaycanda bir iş görmək istədikdə bu ölkənin hökuməti həmin sahədə gözlərini açmalı, onların məqsədlərini öyrənməlidir. Hacı Mövsüm Səmədov və höccətül-islam İlham Əliyev kimi şəxslərin həbsi sionistlərin planlarının bir hissəsidir və Azərbaycan hakimiyyətinin əli ilə icra edilir.

Azərbaycan hökuməti bir qrup yəhudiyə deyil, imam hüseynçi bir ümmətə cavabdeh olduğunu bilməlidir, bu ümməti nəzərə alaraq öz siyasətini yürütməlidir. İş işdən keçdikdən sonra peşiman olacağı bir addımı atmamalıdır. Bizim bu sevimli şəxsləri dəstəkləməyimizin səbəbi yalnız Azərbaycanı sevməyimiz, bu ölkəyə və onun xalqına sevgimizdir. Çünki bu ölkənin xalqı bizim özümüzdəndir və hər bir vəziyyətdə onların yanında olacağıq.”

  1. Müdəbbir sonda Azərbaycan hökumətinə bir daha müraciət edərək deyib: “Azərbaycan ölkəsinin məsul şəxslərindən xahiş edirik ki, gözlərini açsınlar, sionistlərin caynaqlarına hər yerdə diqqətlə baxsınlar və elə düşünməsinlər ki, başqaları nə baş verdiyini bilmir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button