ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Düzgün tərbiyəyə diqqət

Həyat yolu 27

Düzgün tərbiyəyə diqqət

İslam elm və ədəb dini olaraq, cəhalət və nadanlığa qarşı şiddətli mübarizə aparır. Ona görə də İslamın böyükləri, din rəhbərləri vaxtlarının əsas hissəsini təlim-tərbiyəyə sərf edərək, fərd və cəmiyyətdən cəhalət tozunu silməyə çalışıblar.

Həzrət Zəhra (ə) qadın olmasına baxmayaraq qadınların mənəvi və elmi tərəqqisi üçün səy edir, müraciət edənlərin suallarını cavablandırırdı.

Ayə

«لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِینَ إِذْ بَعَثَ فِیهِمْ رَسُولا مِنْ أَنْفُسِهِمْ یَتْلُو عَلَیْهِمْ آیَاتِهِ وَیُزَکِّیهِمْ وَیُعَلِّمُهُمُ الْکِتَابَ»

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi.”

(“Ali-İmran” surəsi, ayə 164)

Hədis

قال الصادق)ع): «مَن تَعَلَّمَ للّهِ وعَمِلَ للّهِ وعَلَّمَ للّهِ دُعِیَ فی مَلَكوتِ السَّماواتِ عَظيما، فقيلَ: تَعَلَّمَ للّهِ، وعَمِلَ للّهِ، وعَلَّمَ للّهِ»

İmam Sadiq (ə) buyurub: “Hər kəs Allaha xatir elm öyrənsə, Allaha xatir ona əməl etsə və Allaha xatir onu başqalarına öyrətsə, mələkut aləmində əzəmətlə yad olunar və ona deyilər: Allaha xatir öyrəndi, Allaha xatir əməl etdi və Allaha xatir öyrətdi.”

(“Əmali-Tusi”, səh. 168, hədis 280)

Ənənə

Gətirdiyim sualların siyahısına baxdım. Hələ soruşmadığım çox sual qalmışdı. Onuncu sualı soruşub dayandım.

– Qalan sualları nə üçün soruşmursan?

– Doğrusu, həya onları soruşmağa qoymadı. Soruşduğum sualların hamısına siz kamil şəkildə cavab verdiniz. Elə hiss etdim ki, sizə həddindən çox zəhmət verdim.

Həzrət Zəhra (ə) mehribanlıqla buyurdu: – “Kimsə min dinarlıq zəhmət haqqısı olan yükü aparmaqdan yorularmı?”

– Xeyr.

– Soruşmaqdan utanma. Mən cavab verdiyim hər məsələ qarşısında yerlə göy arası qədərində mirvaridlə dolu şeydən çox savab qazanıram. Ona görə də sizin suallarınıza cavab verməkdən yorulmaram.

(“Muhəccətul-beyza”, c. 1, səh. 20)

Hekayə

– Xədicə, muştuluğumu ver! Sənin üçün xoş xəbər gətirmişəm.

– Nə olub sənə?! Səsin evi başına götürüb. Həmişə xoşxəbər olasan. Muştuluğun da gözlərim üstə. İndi de görüm, nə xəbər gətirmisən?

– Xədicə, inanmazsan! Xanım Əmin məktəbin açılışını etdi və bu il məktəbə qəbul başlayacaq.

– Ciddi deyirsən?

– Bəli, Allaha min şükürlər olsun.

Atam demişdi ki, İsfahan məktəblərinə getməyinə razı deyiləm. Amma xanım Əmin məktəb açsa, razıyam.

– Allah onun ömrünü uzun etsin. Fatimətuz-Zəhra (ə) məktəbini açdıqdan sonra çoxları dedi ki, bu məktəb çox davam gətirə bilməz, tezliklə fəaliyyətini dayandıracaq. Ancaq Xədicə gör, İsfahanın qızları bu qədər fəzilət və savadı xanım Əminə borcludurlar.

(“Rasixun” saytından götürülmüşdür)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button