ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fələstinli hərəkatların İsrailin hücumuna cavab: 200-dən çox raket buraxılıb

 Qəzzada olan fələstinli hərəkatlar İsrailin təcavüzünə cavab olaraq müxtəlif bölgələrə 200-dən çox raket atdığını bildiriblər. Əl-Məyadin xəbər verir ki, Qəzzada “Nasir Səlahəddin” hərəkatı İsrailə 107 raket atdığını bildirib. “Səraya əl-Qüds” isə 100-dən çox raketi İsrailin nəzarətində olan bölgələrə atdığını açıqlayıb. Digər hərəkatlar və fələstinli hərbi birləşmələr də İsrailin təcavüzünə birgə cavab verdiklərini açıqlayıblar.

Məlumata görə Qətər və Misirin atəşkəs üçün vasitəçilikləri hələ müsbət cavab verməyib. Qeyd edək ki, israilin ötən gecədən başlatdığı hava zərbələri nəticəsində aralarında qadın və uşaqlar da olmaqla azı 10 nəfər həyatını itirib.

Onlardan biri “İslami Cihad” hərəkatının komandiri Təysir əl-Cəbəridir. Məlumata görə İsrailin nəzarətində olan Aşdodda, Sderot, Şaar Hanegev, Aşkelon, Kerem Şalomda, eləcə də paytaxt Təl-Əvivdə həyəcan siqnalları çalınıb və yeraltı sığınacaqlara girmək tələb edilib. İsrailin ən böyük hava limanı Ben-Qurionda uçuşların bəzisi təxirə salınıb, bəzisinin istiqamətləri dəyişdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button