Xəbərlər

“Düşmən müsəlmanların vəhdətindən qorxur”

Ayətullah Məkarim Şirazi Qum şəhərində 18-ci Beynəlxalq Quran Olimpiadası iştirakçıları ilə görüş keçirib. Görüşdə çıxış edən Ayətullah Məkarim Şirazi Suriyada baş verən hadisələrə toxunub.

O bildirib ki, Suriyanı təhlükəli hala salanlar, Əfqanıstan və İraqa hücum edən Qərb ölkələridir. Bu gün oralarda aldıqları məğlubiyyətin intiqamını almaq istəyirlər. İşğalçılar “parçala və idarə et” məntiqi ilə müsəlmanlar arasında ixtilaf yaradırlar. Onların bu siyasəti 3000 il bundan əvvəl Firon tərəfindəndə icra olunurdu. Qurani-Kərim Fironun bu siyasətini bizlərə belə bəyan edir : “Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü.”

Ayətullah Məkarim Şirazi çıxışının davamında qeyd edib ki, Amma Allah Qurani-Kərimdə ümum bəşəri sülhü əmr edir. Müsəlmanların sadəcə öz aralarında deyil, digər din qardaşlarıyla birgə dost və qardaşca yaşamağını buyurur. Qurani Kərimdə bu barədə belə buyrulur : “Əgər müsəlman olmayanlar sizlərlə döyüşməzlərsə və sizlərə dost əlini uzadarlarsa qəbul edin.” Ancaq təəsüflər olsun ki, müsəlmanların bir birlərindən uzaqlaşdıqlarını görürük. Bu müsəlmanların Qurani-Kərim nurundan uzaqlaşdıqlarını göstərir. Bu gün düşmənlərin qorxduğu tək bir şey var “Müsəlmanların vəhdəti”. Ona görə də müsəlmanların izzət və səadətə qovuşmalarının tək yolu vəhdətdir.

Xebername.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button