Xəbərlər

Ayətullah Sistani : “Sünni müsəlmanlar şiələrin can qardaşıdır”

İslam dünyasının böyük təqlid mərcilərindən Ayətullah-uzma Seyid Əli Sistani, müsəlmanlara Hz Məhəmmədin (s) mövludu münasibətiylə yayımladığı mesajında “Sünni müsəlmanlar şiələrin can qardaşıdır” deyib.

Müsəlmanların vəhdətinə toxunan Ayətullah Sistani, bütün müsəlmanların Quranın əmriylə qardaş olduqlarını, möminlərin bilinəndən daha yüksək “can və din qardaşı” olduqlarını vurğulayıb.

O, bu gün müsəlmanlar arasında fitnə yaratmaq istəyənlərin məzhəb döyüşlərini hədəflədiklərini söyləyib. Bu məqsədlə bəzi ölkələrdə şiə və ələvi qətlinə fətva verən satılmış din alimlərinin sünniliklə heç bir əlaqəsi olmadığını xatırladan Ayətullah Sistani, Şiə müsəlmanlarının əsla eyni səhvlərə yol verməmələrini və əsl səbəbkarların islam düşməni ABŞ-İsrail və İngilis imperializmi olduğuna diqqət çəkib.

Hansı məzhəbdən asılı olmayaraq müsəlmanların qan və malının müsəlmana haram olduğunu vurğulayaraq bunları söyləyib:

“Bu gün müsəlmanlara qarşı müharibə etdiklərini gizlətməyən və Xaçlı müharibələrin çirkli bayrağını dalğalandıra biləcəkləri xülyasına qapılanlar, müsəlmanlara qalib gələ bilməyəcəklərini anladıqdan sonra bizi bir-birimizə qarşı çıxartmaq və qardaşlar arasında təfriqələr yaratmağa səy edirlər. Bu oyunlar təəssüf ki, vəhabi qruplar arasındakı bəzi cahillərin alət olmasına və müsəlman qardaşlarına hücum etməsinə səbəb olmuşdur.

Beləcə əsl düşmən unutdurulmuşdur və onlar bizim yeraltı və yerüstü zənginliklərimizi yağmalamaqdadır. Bizi onlara qarşı mübarizə etmək əvəzində bir-birimizlə mübarizəyə yönəltmişlər. Sünnisiylə şiəsiylə bütün müsəlmanlar qardaşdır və bu şəxsən uca Quranımızın və sevimli peyğəmbərimizin əmridir. Mən bir şiə alimi olaraq bütün sünni qardaşlarımı bağrıma basmağı dini vəzifə bilirəm. Çünki sünnilər də şiələr kimi uca İslamın həqqaniyətinə inanan müsəlmanlardır və hamımız eyni qiblənin möminləriyik. Mən sünni bir müsəlmanı yalnız qardaşım deyil, öz nəfsim, öz canım və varlığımın imtina edilməz bir parçası olaraq bilirəm və sevirəm. Bu zatən uca Quranımızın ağlın və vicdanın əmridir. Mən İraqda sünni alimlərin Cümə xütbələrini çox dinləyirəm, çünki onlar mənim din qardaşlarımdır və onların dərdini problemini bilib aradan qaldırmasında kömək etmək mənim dini vəzifəm və məsuliyyətimdir. Hər müsəlman bu məsələlərə bu cür yanaşmalıdır və Uca Allahın razılığına əhəmiyyət verməlidir. Bu cür düşünsək Uca Yaradanın rəhməti bizimlə olacaqdır. Müsəlman, layiq olduğu izzətinə qovuşa biləcəkdir. Bu yolda Quranla birlikdə Sevimli Peyğəmbər əfəndimizin (s) və onun mübarək Əhli-Beytinin (ə) bələdçiliyi hamımızın imtina edilməz ortaq nöqtəsi və ən mükəmməl tutacağımızdır. Bir daha bütün İslam aləminin Mövlud Bayramını təbrik edirəm, bu müqəddəs mövlud həftəsinin müsəlmanların qardaşlıq, birlik və diriliyinin gücləndirməsini Uca Allahdan niyaz edirəm.”

Xebername.org 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button