ArxivXəbər lentiXəbərlər

Kəlbəcərin işğal edilməsindən 22 il keçir

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 22 il keçir. 22 il öncə, 1993-cü il aprelin 2-də bir neçə gün davam edən döyüşlərdən sonra Kəlbəcər Ermənistan silahlı gölmələri tərəfindən işğal edilib.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi məlumata görə, Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin؟ indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button