ArxivSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

“Dünya güclərinin maraqları məsələni ləngidir”

Azərbaycanla Ermənistan arasında yekun sülh prosesinin uzanması ciddi mübahisələrə səbəb olub.

Qafqaz.ir-nin məlumatına əsasən, tanınmış politoloq Zərdüşt Əlizadə bu barədə mediaya müsahibəsində deyib: “Dünya gücləri var, böyük dövlətlər və onların maraqları mövcuddur. Müxtəlif qütblər formalaşıb. Ona görə işlərimiz çətinliklə keçir. Amma müəyyən diplomatik məharət göstərməklə istəyimizə nail ola bilərik.”

Politoloq qeyd edib ki, ermənilərlə münasibətlər səhmana salındıqdan, qanuni müstəviyə keçid aldıqdan sonra vaxt gələcək, sülhməramlılar da Qarabağı tərk edəcəklər. Rusun təbii ki, hiyləsi, nəzarət mexanizmi var. Amma hər halda vəziyyət, şərait, qüvvələr nisbəti dəyişib. Göstərilən zamanda – 2025-ci ildə Qarabağdan yavaş-yavaş çəkiləcəklər. Çıxmasalar, maksimum 5 il daha burada qalacaqlar.

Zərdüşt Əlizadə əlavə edib ki, sülhməramlıların Qarabağda qalması Azərbaycanın öz erməni sakinləri ilə birgə yaşayış qaydalarını müəyyənləşdirməsindən asılıdır. Əgər Azərbaycan onlarla dil tapsa, barışsa, normal həyata qayıtsa, o zaman rusların qalmasına ehtiyac qalmayacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button