ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da tələbələr kəskin problemlərlərlə üzləşirlər

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir. Bakı medialarının verdikləri məlumatlara görə, bu il vəziyyət daha acınacaqlıdır.

Bu məlumatlara görə, əgər əvvəlki illərdə Azərbaycan Respublikasında təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. Deməli, təhsil haqqını ödəyə bilmədiyinə görə, bu il ali məktəblərdən xaric edilənlər bəlkə də son 3 ildəki qədər olacaq. Qeyd edək ki, hələ qış sessiyasında bir çox universitetlərdə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, imtahana buraxılmırdı. Indi yay sessiyası gəlir və problem daha da dramatikləşib.

Bakı medialarının məlumatlarında sonra bildirilir: Bundan başqa, tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini ödəmək üçün işləmək məcburiyyətindədir. Bu halda da dərslərə yiyələnmək çətinləşir və həmin tələbələr əksər hallarda imtahanları kəsirlə başa vururlar. Nəhayət, imkansızlıq üzündən işləməyə məcbur olan və imtahanları kəsirlə başa vuran bu tələbələr də ali məktəblərdən xaric olunurlar. Bütün bunlar, xüsusilə təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxmaları an məsələsidir. Məlumata görə, hətta Azərbaycan Respublikası Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı Ilham Əliyevə xüsusi hesabat təqdim edib. Həmin hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button