ArxivQarabağXəbər lentiXəbərlər

Doktor Məhəmməd Hüseyn Fərhəngi: Azərbaycan xalqı və dövlətinin qələbəsini təbrik edirəm

Qarabağ ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan xalqı və dövlətini təbrik edirəm, bu cihad hərəkətində həlak olanların ailələrinə başsağlığı verirəm.

Qafqaz.ir/Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi doktor Məhəmməd Hüseyn Fərhəngi Qarabağ cəbhəsində qələbə münasibətilə təbrik müraciəti yayıb. Müraciətdə deyilir:
Allahın adı ilə
Azərbaycan ölkəsinin şərəfli xalqı!
Qarabağ əraziləri, şəhərləri və kəndlərinin geri alınmasında Azərbaycan xalqı və dövlətinin qələbəsini təbrik edirəm, bu cihad hərəkətində həlak olanların ailələri ilə həmdərd olduğumu bildirirəm. Bu iş illər öncə həyata keçməli idi. Lakin Minsk qrupu kimilərinə ümidvarlıq bu təxirin səbəbi oldu.
Ümidvaram ki, Qarabağ erməniləri də digərləri kimi vətəndaşlıq hüququna sahib olsunlar və bu kimi hadisələrin kökü həmişəlik olaraq qurudulsun.
İran xalqını öz sevincinizə şərik bilin.
Məhəmməd Hüseyn Fərhəngi
Təbriz, Azərşəhr və Üskü əhalisinin İran İslami Şura Məclisində təmsilçisi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button