ArxivIslamQarabağXəbər lentiXəbərlər

Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə təmsilçisi: Qarabağ ərazilərinin azad edilməsi böyük uğurdur

Urmiyanın imam cüməsi Seyid Məhdi Qüreyşi Qarabağın əsas hissələrinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etməklə yanaşı, bu azadlığı zülm və işğalçılığın əbədi olmamasının bir nümunəsi adlandırıb, tezliklə sionist rejiminin məhv olmasını və Fələstin ərazilərinin də işğaldan azad olunmasını arzulayıb.

Qafqaz.ir xəbər verir ki  Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə təmsilçisi və Urmiyanın imam cüməsi Seyid Məhdi Qüreyşinin Qarabağ ərazilərinin əsas hissəsinin işğaldan azad olunması münasibətilə təbrik müraciəti yayıb. Müraciətin mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
«إِن يَنصُركُمُ اللَّهُ فَلا غالِبَ لَكُم وَإِن يَخذُلكُم فَمَن ذَا الَّذي يَنصُرُكُم مِن بَعدِهِ وَعَلَى اللَّهِ فَليَتَوَكَّلِ المُؤمِنونَ»
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” (“Ali-İmran” surəsi, ayə 160)
Azərbaycan Respublikasında Qarabağ ərazilərinin azad edilməsi və uzunmüddətli bir qarşıdurmanın başa çatması Qafqazda sülh və əmin-əmanlığın bərqərar olması üçün çox böyük və önəmli sayılır. Ona görə də işğalçılar və dünya imperializmi bilməlidir ki, xalqlara qarşı zülm və işğalçılıq heç vaxt əbədi ola bilməz və bunun nəticəsi onlar üçün mütləq zillət və peşmanlıq olacaqdır. Arzu edirəm ki, tezliklə qəsbkar sionist rejimi məvh olsun və biz Fələstin torpaqlarının tam azad olunmasının şahidi olaq.
Şübhəsiz, Azərbaycan xalqı və dövləti Qarabağ müharibəsinin əvvəlindən indiyə kimi İran İslam Respublikası müqəddəs hökumətinin, xüsusilə də Ali Məqamlı Rəhbərin işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycan hakimiyyətinin təsbitində qətiyyətli və müdrik mövqeini unutmayacaq. Allahın lütfü ilə bu birgəliklər iki xalq arasında dostluq və daha artıq münasibətlər üçün yol açacaq.
Qarabağın ərazilərinin azad olunması münasibətilə Azərbaycanın müdrik xalqını təbrik edirəm və bu ölkənin şəhidləri üçün Allahdan ülvi dərəcələr, onların ailələrinə təsəlli və səbr diləyirəm.
Seyid Məhdi Qüreyşi
Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə təmsilçisi və Urmiya imam cüməsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button