ArxivQarabağXəbər lentiXəbərlər

İran əl-Qaidənin ikinci adamının ölkə ərazisində öldürülməsi xəbərini təkzib edib

İranın Xarici İşlər Nazirliyi ABŞ mənbələrinin əl-Qaidə ilə bağlı son məlumatını təkzib edib.

Qafqaz.ir İran mətbuatına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ-ın NewYork-Times qəzetinin ötən gün əl-Qaidə və İranla bağlı yaydığı məlumatı təkzib edib və bunun media müstəvisində aparılan propaqanda olduğunu deyib.

Səid Xətibzadə bildirib ki, əl-Qaidənin ikinci adamının İranda olması və güya burada ABŞ və İsrail cəsusları tərəfindən öldürülməsi xəbəri əsassızdır.

Səid Xətibzadə bildirib ki, ABŞ özü vaxtilə yaratdığı və dəstəklədiyi əl-Qaidə təşkilatını indi İrana bağlamağa çalışır.

Qeyd edək ki, NewYork-Times qəzeti ötən gün bildirib ki, əl-Qaidənin ikinci adamı, bir sıra ölkələrdə ABŞ səfirliklərini partlatmaqda ittihamlandırılan Əbu-Məhəmməd əl-Misri ləqəbli Abdullah Əhməd Abdullah ötən avqusat ayında İranda olarkən İsrail və ABŞ cəsusları tərəfindən aşkarlanaraq öldürülüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button