ArxivXəbər lentiXəbərlər

Səudiyyənin Yəmənə 3 illik təcavüzünün acı nəticələri – Statistika

Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin mart ayının 26-dan başlayaraq Yəmənə hücuma keçib. Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə baş tutan bu hücum ölkədə ağır tələfatlar və xəsarətlərlə nəticələnib. Bununla yanaşı Səudiyyə və koalisiyası hələ də Yəməndəki məqsədinə nail olmayıb.

Əl-Cəzirə və FransPress-in Yəmənlə bağlı verdiyi statistikası:

Həlak olan mülki insanlar – 11 min (Bəzi mənbələri bu rəqəmin 20-dən artıq olduğunu bildirir)

Yaralıların sayı: 53 min

27 milyonluq Yəmən əhalisinin 18 milyonu humanitar yardımlara möhtac şəraitində yaşayırlar. 14 milyon yəmənli isə səhiyyə yardımlarına möhtacdırlar. Onlardan 400 min-in şəraiti çox pisdir və səhiyyə yardımları çatdırılmayacaqsa ölüm təhlükəsi ilə üz-üzə qalacaqlar.

Təkcə 2017-ci ildə müharibənin yaratdığı vəziyyətdən irəli gələn acınacaqlı durum və yaranan xəstəliklər səbəbindən 50 min uşaq həlak olub. Bu da günə 130 yəmənli uşağın ölümü deməkdir.

Səudiyyənin başlatdığı müharibəyə görə 3 milyon yəmənli qaçqın vəziyyətinə düşüb.

Onlardan 280 mini ölkəni tərk etmək məcburiyyətində qalıb.

Hal-hazırda da Yəmən su-quru və havadan Səudiyyə koalisiyasının mühasirəsindədir.

Səudiyyənin aviazərbələri səbəbindən ölkənin mərkəz və şimal əyalətlərindəki infrastruktur obyektləri ciddi zərər görüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button