ArxivXəbər lentiXəbərlər

İran prezidentinin Azərbaycana səfərinin tarixi dəqiqləşib

Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun açılışı martın 29-u, cümə axşamı günü İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində videobağlantı vasitəsi ilə baş tutacaq

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun inspeksiyası zamanı Aşuri deyib ki, səfər çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə dair 500 milyon dollar həcmində sazişin imzalanacağı gözlənilir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button