ArxivXəbər lentiXəbərlər

Ermənistanda etiraz aksiyası

Ermənistan paytaxtı İrəvanda minlərlə əhali parlament seçkilərində Serj Serkisiyanın baş nazir postuna namizədliyinə qarşı etiraz aksiyası keçirib.

İranın sərhədaşırı erməni radiosunun verdiyi məlumata görə, Aksiya iştirakçıları 10 illik prezidentliyi dövründə Serj Serkisiyanın səriştəsizliyini tənqid edərək bildiriblər ki, bu müddətdə Ermənistanda heç bir inkişaf olmayıb və bu ölkə iqtisadiyyatı iflasa uğrayıb.

Ermənistan hökumətinin müxaliflərinin dediklərinə görə, bu müddətdə Ermənistan əhalisindən 400 min nəfər ölkəni tərk etmək məcburiyyətində qalıb. Yoxdulluq göstəricisi 2 faiz, ölkənin xarici borcları isə 5 milyard dollar həcmində artıb və 2016-cı il aprel döyüşlərində erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərdən 800 hektarı itirilib.

Ermənistan prezidenti Serj Serkisiyanın prezidentliyinin qanuni müddəti aprelin 9-da sona çatır və yeni baş nazir 17 apreldə Milli Məclisdə keçiriləcək sərvermədə seçiləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button