ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Çadra ilə Xanım Məsumənin hərəmini ziyarət edən Avstraliyanın İrandakı səfiri libiralist aləmini ŞOKA saldı

Qeyd edək ki, Avstraliyanın İrandakı səfiri xanım Lindal Saksın çadra ilə həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmin ziyarət etməsi qərbdəki liberalist ünsürlərin dərisinə birə salmış oldu. Belə ki, müxtəlif anti-İslam liberalistlər xüsusi ilə də feminist pozğunları xanım Lindal Saksın çadra örtməsini dözülməz hal saymışlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Avstraliyanın İrandakı səfiri Lindal Saks və onun müavini Dennis Karni həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmin ziyarət etmək üçün Quma səfər ediblər.

Ləyaqətli Xanımın Müqəddəs Məqbərəsinin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşları bu avstraliyalı şəxsiyyətləri qonaq edib, onları ziyarətgahın müxtəlif hissələri və yerləri ilə tanış ediblər.

Avstraliyanın İrandakı səfiri və onu müşayiət edən nümayəndə heyəti həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəminin Sahib əz-Zaman (əleyhi səlam), Cavad əl-İmam (əleyhi səlam), İmam Hadi (əleyhi səlam) və İmam Rzanın (əleyhi səlam) həyətlərini və Məscidül-əzəi ziyarət edib, daha sonra ləyaqətli xanımın müqəddəs hərəmini ziyarət ediblər.

İmam Hadinin (əleyhi səlam) həyətində yerləşən, xüsusi arxitekturaya və yataq dəstinə malik hərəmin Beynəlxalq İdarəsində iştirak bu səfərin digər proqramı idi.

“Allahın Kəlamı” Qurani Kərim ingilis dilində bir cildi də nəfis çərçivədə Avstraliya səfirinə hədiyyə edilib və onun sözlərinə görə, bu ona təqdim edilən ilk Qurandır və o, bu müqəddəs yerdə belə qiymətli hədiyyə almasından çox xoşbəxtdir.

Bu yaxınlarda xanım Saksın Əli Dayı ilə görüşü olub. Avstraliya səfirliyi İran milli komandasının 1998-ci ildə Melburnda keçirilən dünya çempionatına tarixi yüksəlişinin ildönümündə Əli Dayını dəvət edib. Əli Dayı da dəvəti qəbul etdi və Avstraliyanın İrandakı səfirliyinin İnstaqram səhifəsində görüşün şəkilləri dərc olundu.

Avstraliya səfirliyi matçla bağlı yazıb: “Avstraliyanın növbəti dünya çempionatında şansları qeyri-müəyyən olsa da, səfir Saks İranın futbol əfsanəsi Əli Dayı ilə görüşməkdən və bəzi məqamları bölüşməkdən məmnun idi. Əli Dayı səfir Saksınin gənclik illərində qapıçı bacarığı ilə bağlı hekayələrindən çox təsirlənmişdi. Səfir Saks qapıçı olsaydı, 1998-ci ilin oyunu başqa cür alına bilərdi?! “Səfir Saks da 10 nömrəli köynəyi geyinmək şərəfinə layiq görülüb”.

Avstraliya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli diplomatı, Livan və İraqdakı keçmiş səfiri Lindal Saks 2019-cu ildən etibarən Avstraliyanın İrandakı səfiri təyin olunub.

Qeyd edək ki, Avstraliyanın İrandakı səfiri xanım Lindal Saksın çadra ilə həzrəti Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmin ziyarət etməsi qərbdəki liberalist ünsürlərin dərisinə birə salmış oldu. Belə ki, müxtəlif anti-İslam liberalistlər xüsusi ilə də feminist pozğunları xanım Lindal Saksın çadra örtməsini dözülməz hal saymışlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button