ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün müsəlman dünyasında Ərəfə günü qeyd olunur

Bu gün zilhiccə ayının doqquzu müsəlman dünyasında Ərəfə günü qeyd olunur.

Qafqaz.ir xəbər verir ki, Ərəfə günü il ərzində ilahi rəhmətin insanlara ən çox şamil olunduğu günlərdən biridir. Bu gün hacılar Ərəfə səhrasına gedir və orada gün batana qədər ibadət edirlər.

Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) son həccində isə islam peyğəmbəri özü müsəlmanların həcc rəhbəri olub. Tarixi sənədlərə əsasən, Həzrət Məhəmməd (s) Ərəfə günü hacılarla birlikdə Ərəfə çölündə olub. Həzrət bu günü və bu səhranı son dəfə görüb. Həzrət Peyğəmbər son həcc mərasimində hacılara belə müraciət edib: “Ey camaat, məni dinləyin. Bəlkə sizi bir də burada görə bilmədim.

Bilin ki, hamınız Allahın hüzuruna qayıdacaqsınız, yaxşı və pis əməllərimizə qiymət veriləcək. Mən sizə vəsiyyət edirəm ki, kimin yanında əmanət varsa, sahibinə qaytarsın.

Ey camaat, unutmayın, riba yemək islamda təkidlə haram buyurulub. Şeytana itaət etməkdən çəkinin!

Sizə vəsiyyət edirəm ki, qadınlara yaxşılıq edin, çünki onlar sizin əllərinizdə Allahın əmanətidirlər.

Sizin üçün iki əmanət qoyub gedirəm. Biri Allahın kitabı, digəri isə Əhli-beytimdir”.

Qeyd edək ki, Ərəfə gününün əməllərindən biri də İmam Hüseynin bu günlə bağlı münacatını oxumaq və onu qavramaqdır. Bu münacatda ülvi mənəvi məqamlar və bəndənin Allah dərgahına etdiyi ən dərin dualar yer alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button