ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

O Maarif Səfərov idi

Həqiqi sevgi insanı səadətə aparan, ən gözəl yoldur. Bunu şəhidlərimizin simasından da görmək olar. Bəli onlar həqiqi aşiqlərdi ki, bu yolun əsl yolçuları olanlardır. İnsan bir anlıq şəhidlik dadını dadsa, inanmıram ki, həyatda başqa bir şey arzu etsin, ancaq arzu bu olar ki, nə edim, necə edim, bircə həmin o İlahi rəngə boyana biləydim. Bunu sadəcə onların şəkillərini seyr etməklə də rahatca oxumaq olar.

İlk görüş

İmam zaman (ə.f) məktəbində bizim problemlərimizin həllinə, xüsusi diqqət edilir, bu səbəbdən məndə bəzi işlərimin həlli üçün, universitetimizə müraciət etməyi qərara aldım. Səhər idi, dərsdən çıxıb, birbaşa işimin həlli üçün ikinci mərtəbəyə qalxmalı oldum. İçimdə sadəcə bir hiss var idi. “Narahat olma, həll olacaq”. İşçilərin otağına yaxınlaşarkən, içəridən danışıq səsi gəldiyini hiss etdim və qapının ağzında gözləmə üçün qoyulmuş oturacaqda oturdum.

Birdən qapı yavaş-yavaş açılmağa başladı, mən ixtiyarsız ayağa durdum ki, gələn adama salam verim. Amma bir az keçdi ki, o nurlu sima ilə üzbəüz gəldim. Bəli bu əziz Maarif qardaşım idi. Onu hər dəfə görərkən ürəyim fərəhlə dolurdu. Mən bir hədisdə bu barədə oxumuşdum ki, o hədis “Allahı yada salan simalar” haqqında idi. Maarifdə o hədisdə olan simalardan idi. Buna canımla, qanımla şəhadət verirəm. Onunla mənalı baxışlarla bir az səssiz baxışdıq, bir anlığa sükut oldu, ele bil içimə səssizlik çökdü. İçimdəki o hiss də artıq elə bil qəfəsdə çırpınan quş kimi, bir anlığa azadlığa çıxmışdı. Onunla görüşdüm, mənim üçün sanki yarımçıq qalan sevgi dolu xatirələrim tamam oldu. İstədim onu bağırıma basım, axı mən o tələbəni oxuduğum universitetdə neçə dəfə görmüşdüm, amma elə deyirdim ki, bircə əlini sıxa biləydim. O gün onun əlini sıxa bildim, amma onu bağırıma basıb, salam şəhidim demək istəyirdim, lakin deyə bilmədim.

Bu görüşdən sonra çox vaxt ona yaxınlaşıb, onun halın soruşurdum, amma bəzən onun özünə qapanması məni çox narahat edirdi.

Azan

Yay idi. Universitet tətilə çıxmışdı, amma yay tətili dövründə ilahi hədəflər davam edirdi. Təhsilin tətil dövründə, tələbə üçün elm çox mühüm məsələdir. Tələbənin tətili ancaq İbni Sina dediyi kimi, “kitabı dəyişdirmək” ola bilər.

Universitetimizə yenicə dəvət olunmuş məddahların kursu təzə başlamışdı. Sözün doğrusu bu kursu səbirsizlikə gözləyirdim, çünki bu universitetdə ilahi bir səsin sədalar salacağına çox sevinirdim. Ən çox qulaq asmağı sevirdim deyə, bunların səhər məşqləri mənə lap maraqlı gəlirdi. Adi qayda ilə mədrəsədə sübh səhər “ilahi çağırış” səsini ucaltmaq məqsədi ilə, tələbə qardaşlarımızdan universitetin salonuna bir nəfər düşər və radionu açardı. Amma bundan əvvəl bir sevgili bəndə həmişə gəlib, müəzzinlərin adət etdiyi yerdə duraraq namaz vaxtının daxil olduğunu həsrətlə gözləyirdi, bu əziz şəhid qardaşımız Maarif idi. Hər gün onun səsinin muştaqına namazxanaya düşərdik. O da bu kursda iştirak edərdi və təzə gəlmiş qonaqlarla birgə həvəslə məşqləri davam etdirərdilər.

Səhər namaz salonuna düşdüm, səssizlik idi, vaxta az qalmışdı, amma təccüblə boylana-boylana qalmışdım ki, radionu açmaq üçün tələbə qardaşımız içəri daxil oldu və səssizcə salam verib radionu qoşdu. Azan verildi bir müddətdə elə ona baxa-baxa qaldım, amma Maarifdən bir xəbər yox idi. Azan verildi, namaz qıldıq, namazdan sonra Maarifi gördüm. İçim titrədi və sual dolu baxışlarla yaxınlaşıb salam verdim “nə əcəb?” deyə müraciət etdim. Lakin əvvəlcə istəmədi söz açılsın, amma əlini sıxıb öz tərəfimə çəkdikdə, bildi ki, məsələ ciddidir. Mənə baxıb, heç bir narahatçılıq yoxdu qardaşım dedi. Bir müddət danışdıq, sonda məlum oldu ki, sən demə bu azan oxuyarkən səslərin tələffüzünə, daha diqqətli olmasını xahiş ediblər, amma bu Maarifin aləmində xırda bir şey olmadığı üçün, o bu ağır məsuliyyətin öhdəsindən gələ bilməyəcəyi fikrinə düşübmüş. Bir az danışıb, güldük. Peyğəmbərimizin (s) səhabəsi olan Bilalın azanından danışdıq, çünki o böyük səhabədə belə bir işlə üz-üzə qalmışdı. Amma Bilaldan Maarifin fərqi bu idi ki, ona dil yarası vurmuşdular amma Maarifə çox mülayim və səmimi bu söz deyilmişdi. Bununla belə, o rahat ola bilmirdi. Bəli böyük şəxsiyyətlər belədi, İlahi məsuliyyətdə zərrə qədərdə olsun xətaya yol verməyi heç vaxt özlərinə bağışlamırlar.

Gəzintidə

Mədrəsəmizin həmişəki adətlərindən biri də bu idi ki, tələbələri bəzən gəzintilərə aparırdılar. Mən çox mədrəsələrdən maraqlanmışam, amma belə proqramların təşkilində xüsusilə müdiriyyətin rolunun bu qədər olduğunu müşahidə etməmişəm. Əziz ustadımız doktor Bəxtavərin bu təşəbbüsü məni həmişə ona valeh olmağa vadar etmişdir. Bu gəzintilərdə hər bir tələbənin bir-birilə çox gözəl davranışlarını aydın görmək olur. Adətən bu gəzintilərdə, qayda üzrə səfərə çıxarkən əlimizdə və cibimizdə olanı sevə-sevə bir-birimizin arasında bölüşərik. Bu səfərimizdə bunu rahat müşahidə etmişdim. Maarifin məni həmişə özünə cəlb edən xüsusiyyəti bu idi ki, məsuliyyət hiss edərdi, həmişə ilk öncə özü bu işlərin öhdəsindən gəlməyə çalışardı və sanki axirətinə azuqə daşıyarmış kimi yaşayardı. Bu səfərdə də tələbələrimiz qısa bir müddətdə tamam işləri yerinə yetirmişdilər.Gözəl çay qırağı və yaşıl otlaq sahələr, təmiz mülayim hava, yaxınlıq

dakı kənddən gələn quzu mələşməsi və it hürüşməsi mədrəsədəki oxuduğumuz kitablardan düzdür ki, fərqli məna verirdi, amma Maarif yenə Quran tilavət edirdi.

Belə gəzintilərdə məxsusən əylənmə, tələbə həyatına gözəl təsir edir. Bəzən tələbələrin futbol və voleybol oynayarkən, etdikləri zarafatlar indi də yadımdadır. Hərdən bu xatirələri yada saldıqca, gülməyimi saxlaya bilmirəm. Oyun zamanında Maarif bir tərəfə çəkilib, Quran tilavət edirdi. Mən çox iztirablı halda və bir azda acıqlı, Maarifi sezirdim, amma nədənsə içimdə bir səs ona yaxınlaş onunla danış deyirdi. Özümdə cürət toplayıb bir bəhanə ilə şəhid qardaşıma yaxınlaşdım. Məni görcək yaxına gəldi və ayəni göstərib tez mənasını izah edək niyyət ilə onu tilavət etdi, mən təəccüblü halda ona baxaraq suallar verirdim. Birdən Quranı cibinə qoydu, bir az fikrə gedib sözünə başladı. Bu onun ən gözəl və bəyəndiyim xüsusiyyətlərindən biri idi ki, həmişə düşünərək danışardı. Dedi: Əzizim mənim sinəm daralır, sükut və sakitlik axtarıram və tapa bilmirəm. Sanki qəfəsdə olan bir quş kimi, hey çırpınaraq nəsə demək istəyirdi, amma sözlərin başa düşə bilmədim. Çünki, mən onun halını yaşaya bilmirdim sanki o ayrı aləm ilə yaşayırdı.

Mədrəsənin proqramlaşdırdığı yay tətili sesiyasında məddahlıq kursu başlamaq ərəfəsində idi. Daha bir neçə əziz Əhli-Beyt (ə) nəğməkarlarını qarşılayıb yerləşdirmişdik. Günün sonuna kimi demək olar ki, hamısı gəlmişdi, gələnlərin gəlişinə ən çox sevinən mən idim, çünki məddahların səsinə aşiq idim. Hərəsinin bir ayrı xüsusiyyəti və metodu var idi. Bəzi vaxtlar saatlarla durub onları seyr edərdim. Onların səsinə hərəkətsiz halda ancaq qulaq asardım həqiqətən ayrı bir aləm idi.

Axşam tərəfi idi, oturub proqram haqda danışdıq. Əzizlərimizin maraq dairəsi o qədər çoxalmışdı ki, hiss edirdim suallarına cavab verməkdə aciz qalıram. Bunlarla sağollaşıb evimə yola düşdüm. Səhərə kimi demək olar ki, bütün suallara cavab axtarmaqla məşğul oldum. Səhər açıldı. Səbirsizliklə əllərini sıxmaq üçün mədrəsəyə tələsirdim. Tez bir zamanda mədrəsəyə çatdım və artıq dərslərin başlamağına bir neçə dəqiqə qalırdı. Qapını döydüm və içəri daxil olub görüşdük, elə bil dünən ki abu-havadan əsər əlamət belə yox idi. Sanki bütün suallarına cavab tapmışdılar. “Nə olub? Yaxşısız?” soruşduqda hamısı bir ağızdan “lap əla” deyə səsləndilər. Çox təəccüblü idi. Elə bu halda qapı döyülmədən, Maarif içəri girdi və çox səmimi hamı ilə salamlaşdı. Mənə daha hər şey aydın idi. Bildim ki, bu səhəri Maariflə açmışıqsa, deməli nəsə var. Şəhidimizin çox müsbət düşüncələri var idi, həmişə yeniliyə və inkişafa meyl edərdi. Həmişə elmi fəalliyyətlə məşğul idi. Sonradan məddah əzizlərimiz bu hadisəni mənə danışdılar ki, sən demə dünən axşam bunların hamısını Təbrizi gəzməyə aparıb, hətta xüsusi məddahlıq mərkəzlərini də, gəzdirib tanış edib və çox maraqlı bir gəzinti olub.

Novruz tətilinə yaxın vaxtlar idi. Hamı vətənə dönmək üçün hazırlaşırdı. Axşam tərəfi dərsdən çıxırdıq ki, Maarifi ikinci mərtəbədə durub gülə-gülə baxdığını gördüm. Halım onu görərkən sanki birdən dəyişərdi. Hal-əhvalını soruşdum “nə vaxt gedirsən?” deyə səsləndim cavab gəlmədi. Mənlə danışırdı amma mənə baxmırdı belə. Dedim yenədə könlünə nəsə düşüb deyəsən. “Hara qanadlanmaq istəyirsən?” gülərəkdən soruşdum. Üzünü mənə tutub vətənimə getmək istəyirəm dedi. Amma ilk əvvəl Ağamın ziyarətinə getmək istəyirəm. Ziyarətə hədsiz həvəsi var idi, məxsusən Xanım Məsumə (s.ə) və İmam Rza (ə) ziyarətlərinə tez-tez gedərdi.

Biz ruhaniyyətin bariz simalarını ilk öncə sadalayarkən onların zahiri görkəminə daha çox fikir verərik, ən çox da geyim və davranışından danışarıq. Maarifin libasları çox təmiz və səliqəli halda olardı. Onunla bir yerdə namaz qılarkən onun insana ayrı bir təsiri var idi. Hətta bəzi vaxtlar bilə-bilə yanına çəkilərdim, doğrudan cənnət əhli cənnətin iyini verər sözü tam bu insanla tutuşurdu.

Vüqar Katib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button