Aktual

Sionist rejimin Suriyaya hava hücumu beynəlxalq qanunlara ziddir

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: Sionist rejimin hərbi təyyarələrinin Suriya ərazisinə hava hücumu beynəlxalq qanunlarla ziddiyyət təşkil edir.

Möhsün Pakayin interfoksa verdiyi açıqlamasında Sionist rejimin Suriya ərazisinə son hücumunu pisləyib və deyib: BMT-nin üzvlərindən olan müstəqil bir ölkənin Sionist rejim tərəfindən təcavüzə məruz qalmasi və bu yolda ABŞ-ın bu rejimi himayə etməsi beynəlxalq qanunlarla ziddiyyət təşkil edir. Həmçinin ABŞ-ın belə bir təcavüzkar rejimi himayəsi beynəlxalq diktatorluğuna bariz bir nümunədir.

Suriya ordusunun iğtişaşçı və terrorçulara qələbəsinin astanasında Sionist rejimin Suriyaya təcavüzü bir daha göstərdi ki, bu rejim regionda sülhün bərqərar edilməsinə böyük bir maneə olmaqla yanaşı məntəqədə əmin-amansızlığın pozulmasında bir başa məsuliyyət daşıyır.

Səfir müsahibəsinin digər bir hissəsində Sionist rejimin Fələstində , eləcədə Suriya və Livan ərazisinin müəyyən bir hissəsində təcavüzkar siyasətlər yürütməsinə işarə edərək deyib: Əgər beynəlxalq ictimaiyyət bu məsələ qarşısında sükut etsə onda gələcəkdə bütün dünyanın stabilliyi ciddi təhlükə ilə üzləşəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button