ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bu gün Gürcüstanda seçkilər keçirilir

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Gürcüstanın Mərkəzi Seçki Komissiyası (CESKO) xəbər verir ki, hər dörd ildən bir baş tutan seçkilərdə bu dəfə 64 mer və 2 068 sakrebulo (şəhər şurası) üzvü müəyyən ediləcək.

73 seçki dairəsi üzrə 3 743 məntəqədə proporsional və majoritar qaydada keçirilən seçkilərdə ümumilikdə 3 513 884 Gürcüstan vətəndaşının səsvermə hüququ olduğu bildirilir. Səhər saat 08:00-da start verilən səsvermə prosesi 20:00-da seçki məntəqələrinin bağlanması ilə başa çatacaq.

Qaydalara əsasən, namizədlərin mer seçilməsi üçün ümumi səslərin minimum 50%-ni toplamalıdır. Minimum səslərin toplanmadığı şəhər və rayonlarda ən çox səs toplayan iki namizəd arasında seçkilərin ikinci raundu keçiriləcək.

Budəfəki seçkilərdə əksəriyyəti sakrebulo üzrə olmaqla 100-dən çox azərbaycanlı namizədliyini irəli sürüb. Böyük partiyaların hamısının Marneuli bələdiyyəsi üzrə mer namizədlərini azərbaycanlılar təşkil edir. Marneuli meriyası üzrə hakim “Gürcü arzusu” partiyası Kənan Ömərovun, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” isə Eldar Mustafayevin namizədliyini irəli sürüb.

Yerli özünüidarətmə orqanlarına seçkilər ötən gün sabiq Prezident Mixeil Saakaşvilinin Tbilisidə həbs olunmasından sonrakı gərgin ictimai-siyasi ab-havada keçirilir. Seçkilərin ən mübahisəli məqamlarından biri daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hakim partiya ilə müxalifət arasında aprelin 19-da əldə edilən razılaşma ilə bağlıdır. İmzalanan sənədə əsasən hakim “Gürcü arzusu” ölkə üzrə ümumi səslərin minimum 43%-ni toplaya bilmədiyi təqdirdə növbədənkənar parlament seçkiləri elan edilməlidir. Lakin iqtidar partiyası iyulun 27-də razılaşmanı tərk etdiyini bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button