AktualAktualArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Zəncan cümə namazının müvəqqəti xətibi: Lazım gələrsə, İran bölgədəki təxribatçılıq hərəkətlərinə cavab verəcək

Höccətül-islam Seyid Rza Musəvi deyib: “İran İslam Respublikası qonşuları tərəfindən təxribat xarakterli hərəkətlər görsə, şübhəsiz, lazımi addımlar atacaq.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Seyid Rza Musəvi Zəncanın bu həftəki cümə namazı xütbələrində Azərbaycan Respublikası prezidentinin sərhədlərin vəziyyəti barədəki düşünülməmiş ifadələrinə toxunaraq deyib: “Biz hamımız bilirik ki, bu sözlər İran əleyhinə addımlar həyata keçirmək üçün deyilib.”

Xətib vurğulayıb ki, İslami İran bu ölkə əleyhinə hər hansı məkirli plan qarşısıda aciz qalmadığını sübuta yetirmişdir. İndi də Amerika, qondarma sionist rejimi, Azərbaycan Respublikası və Türkiyə tərəfindən hiss olunan təxribatlara qarşı tədbirlər görəcək.

Zəncan cümə namazının müvəqqəti xətibi İranın hərbi gücünün heç kimə sirr olmadığını və bu gücdən daim ölkənin sərhədlərini qorumaq, düşmənlərin artıqtamahlığının qarşısını almaq üçün istifadə etdiyini bildirərək deyib: “Bu güc indi də keçmişdə olduğu kimi yerindədir və öz vaxtında şimal-qərb sərhədlərində əmin-amanlıq yaratmağa hazırdır.”

Xətib qeyd edib ki, bugün bəzi ölkələr bir sıra addımlar atmaqla İranı əksül-əməl göstərməyə vadar edirlər. Bunun bariz nümunəsi kimi İran yük maşınlarının şimal-qərb sərhədlərində gediş-gəlişinin qarşısının alınmasını göstərmək olar.

Musəvi İslami İranın qonşuları ilə münasibətlərdə həmişə təmkin göstərdiyini vurğulayaraq deyib: “Buna baxmayaraq, qonşular tərəfindən təxribatçılıq hərəkətləri müşahidə edərsə, şübhəsiz bu istiqamətdə lazım olan addımları atacaq.”

İranın hərbi qüvvələrinin şəhid Hacı Qasim Süleymani məktəbinin yetirmələri olduğunu düşmənə xatırladan xətib deyib: “Bu məktəb hərbi qüvvələrə meydanı boş qoymağı və İslam Respublikasının bədxahlarının tamahkarlıq fikrinə düşməsinə icazə vermir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button