AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Bakının Tehrana qarşı səhv hesablaması

Sionizm meydanında oynamaq və bu rejimlə ikitərəfli münasibətləri genişləndirmək Azərbaycan üçün yalnız qısamüddətli maraqları ehtiva edə bilər.
Qafqaz Həqiqətləri xəbər verir ki, İran üçün xüsusilə də qonşularla inteqrasiyaya və iqtisadi diplomatiyanı gücləndirməyə çalışan yeni hökumətdə qonşularla ünsiyyət həmişə çox vacib olub.
Əhalisinin əksəriyyəti şiə olan müsəlman qonşu ölkə kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra İranın xarici siyasətində xüsusi əhəmiyyətə və mövqeyə malik olub. Bu ölkənin İranla dərin tarixi, sivilizasiya, mədəni, dil, irqi və s. əlaqələri sionist rejimin xüsusilə son illərdə iki ölkə arasındakı münasibətləri pozmaq üçün çoxlu səylər göstərməsinə səbəb olub.
Xəbər ifadələri:
Ötən günlərdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev növbəti dəfə İrana qarşı təxribat xarakterli açıqlamalar verib. Hansı ki, bu, qonşuluq prinsiplərinə zidd olaraq qiymətləndirilir. O deyib: “Mən İranın üç prezidenti – Xatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.
Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir.”
Təhlili ifadələr:
Azərbaycan Respublikası prezidentinin son zamanlar davranışları və zaman-zaman İran İslam Respublikasına qarşı səsləndirdiyi qeyri-ənənəvi bəyanatlarla bağlı mühüm məqamlar vardır ki, bir daha onları xatırlatmaq və vurğulamaq lazımdır.
1. Milli təhlükəsizlik və maraqlar və onun mədəni və sivilizasiya nümunələri, o cümlədən etnik, dil, din və s. İran İslam Respublikasının mühüm və əsaslı qırmızı xətlərindən sayılır və onun xarici hökumətlər və qonşu dövlətlər tərəfindən hər hansı səbəbdən pozulması ciddi və qətiyyətli reaksiya ilə qarşılanacaq.
2. İran İslam Respublikasının Azərbaycan Respublikasına qarşı siyasəti dinc münasibətlərin inkişafına və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və mehriban qonşuluğa riayət edilməsinə əsaslanır. Qarşılıqlı olaraq, Azərbaycan hökumətindən gözlənti budur ki, qonşuluq prinpislərinə zidd olan hərəkət və sözlərdən çəkinsin, daxili və xarici aktorların təsiri altında səhv hesablamaya düçar olmasın.
3. İran İslam Respublikasının sərhəd bölgələrindəki hərbi təlimləri əvvəlcədən planlaşdırılmış və hər bir ölkənin xarici təhdidlərin və hərbi təlimlərin qarşısını almaq üçün gördüyü təbii bir işdir. Bu təlimlər regiondankənar təhlükəsizlik amillərinə və aktorlarına qarşı bölgəyə bir növ sülh və təhlükəsizlik mesajıdır. Bəzi xarici təlqinlərin əksinə olaraq, İslam Respublikasının qonşu ölkələrlə cəbhə, müdafiə və hərbi sahədə qarşıdurma planı yoxdur və qonşuluq siyasəti prinsipinə əsaslanaraq regional münasibətləri dərinləşdirməyə çalışır. Bu arada İran uzunmüddətli siyasətə əsaslanaraq Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Buna görə də hər hansı bir təhlükə yaradıcı faktora qarşı həssasdır.
4. Azərbaycan xalqının İran xalqının bir hissəsi ilə ortaq dili etnik mövzuların qızışdırılması, iki ölkənin xarici əlaqələrinin pozulması, siyasi, təhlükəsizlik və s. istismarlar faktoruna çevrilməməlidir. Əksinə, bu komponent və digər mədəni ümumi cəhətlər ikitərəfli münasibətlərin strateji səviyyəyə yaxınlaşması və yüksəldilməsi üçün unikal imkandır.
Sonda:
Sionist rejimin meydanında oynamaq və bu rejimlə ikitərəfli əlaqələri genişləndirmək Azərbaycan üçün yalnız qısamüddətli faydaları ehtiva edə bilər. Sözsüz ki, bu məsələ uzunmüddətli perspektivdə dünyada müsəlman və şiə ölkəsi olan Azərbaycanın maraqlarını və milli təhlükəsizliyini təhdid edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button