AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Qətər Dünya Çempionatı sionist rejimlə saziş müqavilələrinin etibarının olmadığını göstərdi

Ayətullah Amili: Müsəlman xalqlar arasında hökumətin İsraillə münasibətindən razı olub-olmadıqları barədə sorğu keçirsələr, müsəlman bir xalqın belə biabırçılığa və xəyanətə səs verməsi mümkün deyil.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində qadın, həyat və azadlıq şüarının xütbələrdə, tribunalarda, elmi-tədqiqat məclislərində hərtərəfli müzakirə olunmasının vacibliyinə toxunaraq deyib: “Bu həftə Amerika hökuməti bildirdi ki, İranı iranlı qadınlar azad edəcək. Əslində, onlar Baydenin bu yaxınlarda “İranı azad edəcəyik” dediyi iddiasını düzəltməyə çalışırlar. (Bayden) Sonra öz səhvini anladı və dedi ki, İranı İran xalqı azad edəcək. Bizim xalqımızdan məyus olduqdan sonra indi İran qadınının şəxsiyyəti üzərində fokuslanıblar.”
İmam cümə xütbəsinin davamında deyib: “Dinimizin bu anlayışlarla bağlı çox mütərəqqi prinsipləri vardır. Əvvəlcə qadının şəxsiyyəti və səadəti üçün həqiqi ünsürləri nəzərdən keçirməyimiz və qərb ölkələrinin vəziyyətini müqayisə edərək İslam Respublikasının bu elementlərin dirçəldilməsindəki rolunu araşdırmağımız lazımdır.”
Xətib qeyd edib ki, müasir dünyanın böyük hökumətlər tərəfindən idarə olunmasının iki böyük bəlası vardır və müasir məzlum bəşəriyyətin bu iki böyük bəla ilə sülh, rifah və əmin-amanlıq görməsi mümkün deyil. O iki bəla bunlardır: birincisi, yalanın püskürməsi, ikincisi isə ikili standartların hökmranlığı.
Yalanın törətdiyi fəsadlara rəvayətlər əsasında toxunan imam cümə deyib: “Yalan həqiqətlərin ürəyini hədəfə alır və insan həyatında bundan daha pis heç nə yoxdur. Dünya başçılarının yalanları üzündən xalqlar özlərinin əsas məsləhətlərini itirirlər. Bugünkü dünya yalan üzərinə hesab açmışdır və bu, bəşəriyyət tarixində görünməmiş məsələdir.
Seçki kampaniyası proqramında Bayden amerikalı milyarder İlon Maskın Twitter səhmlərinin əksəriyyətinə sahib olduğunu etiraf edərək dedi: “Twitter dünyanı öz yalanları ilə doldurub. Buna diqqət yetirməklə, biz uşaqlarımızın həqiqətlər əsasında tərbiyə almasını və əsas təhlükənin haradan gəldiyini bilməsini necə gözləyə bilərik?” Qəribədir ki, İlon Mask özünü söz azadlığının qəhrəmanı adlandırır. Təbii ki, heç kim və heç bir hökumət yalanla heç yerə çatmır.”
Bugün düşmənin əsas silahının yalan olduğunu vurğulayan imam cümə deyib ki, öldürmək, şeytanlaşdırmaq, statistika yaratmaq və nifrət yaratmaq onların əsas işidir. Düşmən hiylə ilə gəlib və Mütəal Allah buyurur: “Onların hiylələri boşa çıxacaqdır.” Onlar həqiqətən də bəzi insanları yalanlarla ovsunlayıblar. Allah-Təala buyurur: “Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!”
Ayətullah Amili deyib: “Qərbin media maşını və onların müttəfiqləri tərəfindən yayılan yalanların miqyası, miqdarı və keyfiyyəti hamını heyrətə gətirib. Onların İranla bağlı yalanlarının əksəriyyəti yalan olduğunu anlamaq üçün araşdırmaya ehtiyac olmayan yalanlardır. O cümlədən CNN kimi mühüm media yayımladı ki, İran höküməti milli komandanın futbolçularını və onların ailələrini məğlub olacağı təqdirdə işgəncə ilə hədələyib! Bu mediaların gündəlik, həftəlik, aylıq və illik yalanları toplanarsa, sayı milyonları keçəcək.”
Ərdəbil imam cüsməsi Amerika və sionist rejimin son rüsvayçı yalanlarına toxunaraq deyib: “Amerika dedi ki, İran Səudiyyə Ərəbistanına hücum edirdi, mən onu dayandırdım. “İsrail” dedi ki, İran dünya çempionatının oyunlarını pozmaq üçün Qətərə hücum etmək istəyirdi, amma Qətərin reaksiyasından qorxdu. Yenə sionist rejim digər bir yalan danışaraq dedi ki, İran Londonda terror aktları törətmək istəyirdi, biz İngiltərəyə incə məlumatlar göndərdik və İranın hərbi və terror əməliyyatının qarşısını aldıq.
Məsələ burasındadır ki, ABŞ Səudiyyənin üsyanından narazıdır. Səudiyyənin Çinə doğru hərəkəti, Çinlə böyük müqavilə imzalaması, Rusiya qazının kəsilməsindən sonra neft hasilatını artırmaması, sionist rejimin Salam İbrahim təşkilatı ilə əməkdaşlıq etməməsi, bir sözlə, Amerika düşərgəsindən çıxması Amerika iqtisadiyyatı üçün böyük təhlükədir. Amerika nə edəcəyini bilmədi və böyük bir yalana sığındı. Ona görə də, həyasızcasına dedi ki, İran Səudiyyə Ərəbistanına hücum etmək istəyirdi, biz bu mümkün hücumu dayandırdıq. Amma bu haqda kiçik bir sənəd belə təqdim edə bilmədi.”
İmam cümə bölgəmizin, xüsusən də Fars körfəzinin üstündən qara daşın üstündə qara qarışqanı görə biləcək qədər peyklərlə dolu olduğunu söyləyərək əlavə etdi ki, Amerika hücuma hazırlığı necə görmədi? Bu, bizim xalqımıza dünyanın yalan ətrafında fırlandığına dair böyük bir xəbərdarlıqdır. Heç bir xəbəri kor-koranə qəbul etmək olmaz. Qəribədir ki, heç bir Avropa hökuməti belə Amerikanın bu gülünc iddiasını qəbul etmədi.
Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi daha sonra deyib: “Səudiyyə Ərəbistanının Amerika və Avropanın ən həssas ehtiyacı olduğu vaxt neft hasilatını azaltması və Çinlə böyük müqavilələr imzalaması Amerika və Avropanı çıxılmaz vəziyyətə salıb. Çünki bu dönüş Yaxın Şərqin Çinin əlinə keçməsi deməkdir. Həmin səbəbdən onlar Səudiyyə Ərəbistanının diqqətini cəlb etmək üçün hər cür yalan danışmağa hazırdırlar.
Yaxın Şərq dünya neftinin 50%-ni və qazın 40%-ni təmin edir. Əli hər yerdən üzülən Bayden AIPAC-a (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) sığındı və qondarma “israil” rejiminin başçısını qarşılayarkən dedi: “İsrail olmasaydı belə, Amerika onu yaratmalı idi”. O, şübhəsiz ki, yəhudilərə hörmət etməyi nəzərdə tutmur, əslində demək istəyir ki, Yaxın Şərq bölgəsinin əlimizdən çıxmaması üçün bu bölgədə güclü jandarm olmalıdır və enerji təhlükəsizliyini təmin etmək üçün bütün region ölkələri bu jandarm tərəfindən qorxudulmalıdır.”
Dünyanın düzən və bloklarının dəyişdiyini diqqətə çatdıran imam cümə deyib ki, təkqütblü sistem tamamlandı və yeni blok sistemi yaranmışdır. Yaxın illərdə Amerika tədricən hegemonluğunu itirəcək. Belə bir vəziyyətdə İran tam dəqiqliklə və uzaqgörənliklə milli maraqlara diqqət yetirməlidir.
Xətib deyib ki, bir ay əvvəl avropalılar dünya çempionatını Qətərdə keçirildiyinə görə Qətərə qarşı güclü hücuma başladılar. Xüsusən də Almaniya heç nəyi əsirgəmədən, var gücü ilə Qətəri rüşvət almaqda və sövdələşmədə ittiham etdi. Halbuki, Qətər bu nəhəng idman tədbirinə 10 ildən artıq idi ki, hazırlaşırdı. O vaxt bir söz demədilər və niyə oyunlara bir ay qalmış hücuma keçdilər?!
Səbəbi budur ki, oyunlardan bir ay əvvəl Qətər Çin qazının tədarükü üçün Çinlə uzunmüddətli müqavilə imzaladı, Avropa bu razılaşmadan dəli oldu və ümidini itirdi. Amma yalandan dedi ki, Qətər kimi kiçik və üçüncü dünya ölkələri bu nəhəng dünya oyununa ev sahibliyi etməyə layiq deyil. Qətər bu həftə Almaniya ilə qaz müqaviləsi bağladı, Almaniyanın xarici işlər naziri dedi ki, biz bu baxımdan çox xoşbəxtik. Bu müqavilə həmin yalanın təzyiqi səbəbindən baş tutmuşdur.
İmam cümə deyib: “Dünyanı idarə etməyin bir zahiri və bir batini var. Zahirdə söhbət insan hüquqları, azadlıq, qadın hüquqları, demokratiya, təhlükəsizlik, nüvə silahlarının məhdudlaşdırılması məsələsidir. Amma mühüm qərarları yaradan müstəmləkəçi ölkələrin maraqları və “israil”in mənafeyidir.”
Millətlərin sionist rejimindən nifrətinin səbəbini açıqlayan imam cümə deyib ki, builki Dünya Çempionatının qəribə hadisələrindən biri xalqların israillilərlə ən pis rəftar etməsi idi. Qətər hökuməti minlərlə israillinin oyunları izləmək üçün Qətərə getməsinə icazə vermişdi, amma müsəlmanlar və qeyri-müsəlmanlar onun sionist rejimdən olduğunu biləndə onu ən pis şəkildə təhqir etdilər. Qəribədir ki, qeyri-qanuni sionist rejim özü də xalqlar tərəfindən mənfur olduğunu etiraf etdi.
O, Qətərdə olan oyunçuların sionist rejim jurnalistlərə verdiyi müsahibələrdən yayınmasına toxunaraq deyib: “Ərəbistan komandasının üzvləri belə hərəkət etdilər. Bu ölkə komandasının oyunçusu jurnalistdən soruşdu ki, hansı ölkədənsən? Dedi: “israil”dənəm. Oyunçu cavabında dedi ki, dünyada israil adlı ölkə yoxdur, mövcud olan Fələstin ölkəsidir. Sizə burada “xoş gəlmisiniz” demirik. Bu hərəkətlə sionist rejim jurnalisti cəmiyyət qarşısında tamamilə rüsvay oldu.
Qətərdə və Dohada sionistlər üçün vəziyyət o qədər çətinləşdi ki, bu rejim həm FİFA-ya, həm də Qətər hökumətinə etiraz etdi və dedi ki, həm jurnalistlərimiz, həm də futbolçularımız tamamilə təhqir olundu, bütün ərəb oyunçular İsrail oyunçularını təhqir etdi, Dohada nə israilli oyunçular, nə də israilli jurnalistlər təhlükəsiz idilər.
Sionist rejimin “Hayom” qəzeti də maraqlı məqalə yazdı: “Qətərdə keçirilən Dünya Çempionatı bizə çox acı və ağrılı bir həqiqəti sübut etdi və o da budur ki, İsrail və İsrail xalqının heç bir ərəb müsəlman ölkəsində yeri yoxdur və hamı bizə nifrət edir.
Qətərdə ərəb xalqlarının reaksiyasını görən sionist rejimi Dünya Çempionatını irqçiliyin dünya çempionatı adlandırdı və bəyanat yayaraq israillilərdən Qətərə getməmələrini istədi və Qətərdə baş verənlərin ifadə azadlığına zidd olduğunu bildirdi. Jurnalistlərə dünyanın hər yerində hörmət edilməlidir ki, onlar faktları dünyaya asanlıqla çatdıra bilsinlər. Halbuki, sionist rejim bu yaxınlarda Fələstin əsilli amerikalı jurnalist Şirin Əbu Aqilənı başından güllələyərək öldürdü və dəfn mərasimində onun cənazəsini təhqir etdi. Sionist rejimin etirazının mənası odur ki, dünya xüsusi hüquqla idarə olunur.”
İmam cümə vurğulayıb: “Dünya Çempionatı sübut etdi ki, sionist rejimlə saziş müqaviləsi yalnız sazişə gedən İslam ölkələrinin xarici işlər nazirliklərinin dəhlizlərində etibarlıdır və təkcə səfirlik kontekstində işə yarayır.
Biz sionist rejimə deyirik ki, istədiyin İslam ölkəsi ilə sülh et və ya o ölkədə səfirlik aç. Ancaq nə saziş, nə də sionist rejim səfirliyinin açılması “israil”i xilas edə bilməz. Belə münasibətlər müsəlman xalqlarla sionist rejim arasında yaxşı münasibətlərin olması demək deyil. Bunu bil ki, Dohada sənə sübuta yetdiyi kimi, sənin müsəlman xalqlar arasında nifrət və düşmənçilikdən başqa bir yerin yoxdur.
Sionist rejimlə bir qabdan xörək yeyən müsəlman hökumətlərinə də deyirəm: Siz sionist rejimlə saziş edə və ya Təl-Əvivdə səfirlik aça bilərsiniz, lakin Doha hadisəsi göstərdi ki, sizin öz müsəlman xalqınız adından bunu etməyə haqqınız yoxdur.”
Müsəlman xalqları öz hökumətlərindən ayrı olduğunu qeyd edən imam cümə deyib ki, İslam hökumətləri sionist rejimlə münasibətləri normallaşdırmaqda və ya səfirliklər açmaqda tamamilə öz xalqlarının iradəsinə zidd hərəkət edirlər və vacib olan hökumətlər deyil, xalqlardır. Müsəlman xalqlardan hökumətin sionist rejimlə münasibətindən razı olub-olmadıqlarını soruşsalar, müsəlman bir xalqın belə biabırçılığa və xəyanətə səs verməsi mümkün deyil.
Qətərdə baş verənlər sionistlərlə bağlı bu ayənin bariz nümunəsidir:
“Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button