ArxivXəbər lentiXəbərlər

Bakıda Qoşulmama Hərəkatının hazırlıq iclası keçirilib

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin hazırlıq iclası keçirilib.

İclas Qoşulmama Hərəkatına üzv 60-dan çox ölkənin baş diplomatlarının iştirakı və Venesuelanın xarici işlər naziri müavini Ruben Dario Molinanın sədrliyi ilə keçirilib.

Bu iclas “Davamlı inkişaf hədəflərinə çatmaq üçün beynəlxalq sülh və təhlükəsizliyin yayılması” mövzusu ilə aprelin beşi və altısında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasına bir müqəddimədir.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də bu iclasda deyib ki, Bakıda Qoşulmama Hərəkatının iclası çərçivəsində beynəlxalq, regional və regionlarası məsələlər, həmçinin insan haqlarının genişləndirilməsi məsələsi nəzərdən keçiriləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button