ArxivXəbər lentiXəbərlər

Vitse-spiker: 2016-cı ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq

2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlər istədiyimiz nəticəni verməsə də, digər konfliktlərin yaranması Qarabağ məsələsinin arxa plana atılmasına imkan verməyib.

Bunu Trend-ə Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yeniliklərin olacağına ümidlərin itmədiyini deyib: “2016-cı il üçün ümidli olmağımıza əsas yaradan mövqeyimizin haqlı; beynəlxalq hüququn, haqqın-ədalətin isə bizim tərəfimizdə olmasıdır. Ona görə də ümidimizi heç vaxt itirmirik. Bu məsələnin məhz beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə inanırıq”.

B.Muradova qeyd edib ki, 2016-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq.

Vitse-spikerin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində davamlı iştirak etməkdə maraqlıdır: “Dağlıq Qarabağ daim müzakirə olunan, üzərində çalışılan bir problem olaraq qalmaqdadır. Çalışmaq lazımdır ki, bu istiqamətdə aparılan fəaliyyət konkret nəticə versin. Bu il ərzində də istər beynəlxalq təşkilatlarda, istərsə də ikitərəfli münasibətlərdə bir sıra maraqlı hadisələr olub. Həm həmsədrlərin regiona çoxsaylı səfərləri olub, həm də başqa ölkələrdə beynəlxalq təşkilatların tədbirləri çərçivəsində bu məsələlərə ciddi diqqət yetirilib. Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) sammitində iştirak edərkən dünya dövlətlərinin diqqətini bir daha bu məsələyə yönəldib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button