ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanlı ekspertlər İranla yeni sazişi yüksək qiymətləndirirlər

ReAL İH üzvü, ekspert Natiq Cəfərli bunu Azərbaycanın Xarici siyasətində növbəti doğru addım adlandırıb. Onun sözlərinə görə, yeni sənəd bir çox aspektdən önəmlidir, hətta orta-uzun zamanda ciddi iqtisadi fürsətlər yaradır.

Ekspertə görə bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır – indi artıq bu təzyiq alətindən Moskva istifadə edib müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir – yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə Zəngəzur dəhlizinin açılmasına razı olmalıdırlar. Bundan başqa, hətta gələcəkdə Zəngəzur dəhlizi işə düşsə belə, mütləq alternativi olmalıdır – Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xətləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi – İrandan keçən alternativ kommunikasiya xəttləri bu təzyiqi amortizasiya etməyə kömək olacaq.

Politoloq Elxan Şahinoğlu isə Azərbaycanla İran arasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya əlaqəsinin yaradılması ilə bağlı imzalanan saziş haqda bildirib ki, Azərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq.

Politoloq Elxan Şahinoğluna görə İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button