ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda dini məsclislərlə bağlı yeni qadağa hazırlanır

Bu barədə “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsində yazılıb.

 qafqaz.ir idlamazere-a istinad xebere gore.Layihədə yazılıb ki, dini mərasimləri təşkil edən qurumlar orada iştirak edən uşaqların yaş həddini nəzərə almalıdır.

Bunu Sputnik.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova bildirib.

Qeyd edək ki, oktyabrın 1-də respublikanın bir çox rayonlarında, eləcə də, Bakı şəhərində və paytaxtın ətraf kəndlərində Aşura günü ilə bağlı kütləvi mərasimlər təşkil edilib. Fotoqraflar valideynləri tərəfindən məcbur edilmədən matəm tədbirlərinə gətirilən onlarla uşağın şəklini çəkiblər.

Bununla əlaqədar olaraq deputatlardan bəziləri öz narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, öncəki illərdə də uşaqlar daim belə məclislərə aparılıb. Sosial şəbəkədə dindar olmayanlar da uşaq yaşlarında məscidə getdiklərini bildirmişdilər və bunu böyütməyin əleyhinə olduqlarını qeyd etmişdilər.

Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün dünyanın həər bir yerində qətlə yetirilmiş İmam Hüseynə (ə) təziyə məclisləri təşkil edilir.

İbrahimovanın sözlərinə görə, qanun layihəsi AR Prezidentinin Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button