ArxivXəbər lentiXəbərlər

Şamxal Eyvazova- Allah səni seçib-ZİNDANNAMƏ

Şamxal Eyvazova- Allah səni seçib-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını “Zindannamə”nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Dördüncü günün məktubunu təqdim edirik. Günahsız yerə şərlənərək həbs edilən Şamxal Eyvazova yazılmış bu məktub əslində bir çağırışdır-yatmış könülləri oyatmaq üçün…

Sən bizim cavanlarımız üçün əxlaqi bir nümunəsən.

Hər gün sosial şəbəkələrdə şəkilini görürəm və bununla anlayıram ki, pak olduğun üçün, yaxşı əməllərinə xatir Allah insanların sənin şərlənməyin xəbərini unutmağına izn vermir. Namazlarımda ilk olaraq Fələstində zülmə məruz qalan xalqa və daha sonra sənə dua edirəm. Allah səni seçib.

Bütün möminlər sənin bu şərdən qurtulman üçün dua edir. Səmimi deyirəm, indiyə kimi həyatımda 2 -ci sarsıntını belə yaşadım. Adının səhifələrdə qalıb, unudulmasına izin verməyəcəyik, Allahın izni ilə! Sənin günahsız yerə həbsin bir qığılcım oldu.

Günahsız və günahkara eyni dəyəri verən bir yerdə sakit qalmaq olmaz. Allah bizləri oyatmaq üçün səni seçdi. Müqəddəs Ramazan rəhmət ayıdır, deyirlər oruc şəxsin duası tez qəbul olur. İndi daha bərk yapışmışam Allahın qapısından. Əgər azad olsan Allaha həmd sənam sonsuzdur, yox əgər Allahın məsləhəti fərqli olsa bil ki, arxanda yox yanında addımlayırıq, səssiz qalmayacağıq.

Məhbuslara şəxsi məktub layihəsi üçün inşallah uğurlu olsun.

Dostun Eyvaz Əsədov”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button