ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

İmam Hüseynin (ə) vəsiyyəti

İmam Hüseyin (ə) Mədinədən çıxmazdan əvvəl insanların zehnini aydınlatmaq üçün öz vəsiyyətnaməsində qiyamının hədəflərini bəyan etmişdir ki, həmin vəsiyyətnamə ilə tanış olaq.

 İmam (ə) vəsiyyətnaməsinin əvvəlində Allahı həmd edir və Ondan başqa Məbud olmadığına şəhadət verir. Şəhadət verir ki, Həzrət Muhəmməd (s) Allahın peyğəmbəri və nəbisidir. Behiştin, cəhənnəmin, Qiyamət gününün haqq olduğunu bəyan edir. Buyurur ki, Allah bütün ölüləri dirildəcəkdir.

O, qiyamının əsil hədəfinin cəddinin ümmətini əmr-be-məruf etmək olduğunu bildirir ki, bu da insanların xeyir və islahı deməkdir. Pisliklərdən nəhy edərək, insanlara Peyğəmbərin (s) və atası İmam Əlinin (ə) yolunu bəyan edir. Sonra o kəsləri ki, onu haqq olaraq qəbul etmirlər, onları Allaha tapşırır. (Tebyan)

İmam (ə) vəsiyyətnaməsində buyurur: “Mən Hüseyn ibn Əli (ə) Peyğəmbərin (s) ətəyində böyümüş, Əli ibn Əbutalib (ə) məktəbində tərbiyə almış, bu qiyamımla şər və fəsad yaratmaq üçün qalxmamışam. Mən elə bir nəsildə tərbiyə almışam ki, ədalətin, haqqın və başqa insani dəyərlərin təcəlligahı idi. Mən dəyərləri möhkəmləndirmək, çirkinlikləri, zalımları, haqqı tapdalayanları məhv etmək üçün hərəkət etmişəm. Mən, Allahın seçilmişi olan Muhəmməd ibn Abdullahın (s) dinini iqamə etmək üçün hərəkət etmişəm ki, buyurub: “Dinin təbliğindən əl çəkmək üçün əgər Günəşi bir əlimə və Ayı da o biri əlimə qoysalar, (yenə də) əl çəkməyəcəyəm”. Budur mənim hədəfim və budur mənim rəftarım. Bu hədəfə çatmaq üçün heç bir səyi və fədakarlığı əsirgəməyəcəyəm. O şey ki, məni bu hərəkətə vadar edir – haqdır. Bu haqqa çatmaq yolunda heç bir müsibətdən qaçmayacağam. Həqiqi məhv olmaq haqdan uzaq düşməkdə və onu himayə etməməkdədir. O kəs ki, belə bir yola qədəm basar, nəinki yolun daş-kəsək olmağından qorxmaz, bəlkə qələbəni bu yolda tikə-tikə olmaqda görər ki, Adəmin pak övladlarının müqəddəs mənzilidir”.

İmam (ə) bu vəsiyyətində insanlara qiyamının hədəfini bəyan etmiş və bu yolda ancaq Allah rizasını düşündüyünü və haqq üçün qalxdığını dilinə gətirmişdir. Bəyan etmişdir ki, bu yolda tikə-tikə olmaq qələbədir, heç bir müsibət onu qorxutmur. Əziz İmam (ə) bununla əsrlərdən keçərək, Qiyamətədək davam edəcək bir məktəbi bəşəriyyətə irs qoymuşdur.

www.qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button