ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və İran birgə yarışlar təşkil edə bilər

Həmid Səccadi İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində Bakıda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Fərid Qayıbova minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, bundan sonra əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.

Səmimi sözlərə görə həmkarına təşəkkür edən F.Qayıbov təkliflər barədə eyni fikirdə olduğunu bildirib və bu günlərdə Xəzər dənizində açıq suda üzmə yarışının təşkil ediləcəyini bildirib.

Son vaxtlar Azərbaycanda gerçəkləşdirilən yarışlar barədə məlumat verən nazir birgə təlim-məşqlər və turnirlərin təşkilinin mümkünlüyünü qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button