ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə İsrailin iddialarının əsassız olduğunu bilir

Səid Xətibzadə deyib: “Bizim qonşumuz Türkiyə yalançı və terrorist sionist rejimin ezam etdiyi şəxsin iddialarının nə qədər yalan olduğunu yaxşı bilir. Təvəqqeimiz budur ki, onlar belə təfriqə salan iddiaların qarşısında sakit durmasınlar. Bu rejim dəfələrlə göstərib ki, etibar ediləsi deyil.”

Xətibzadə İsrailin xarici işlər naziri Yair Lapidin ötən gün Türkiyəyə səfərində səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, onlar bir həftə öncə medianı saxta ssenarilərlə məşğul edib, doğru olmayan və istiqamətləndirilmiş informasiya ilə sionist rejiminin xarici işlər nazirinin Türkiyəyə təfriqə salan səfərinə şərait yaradıblar.

Səid Xətibzadə qeyd edib ki, İran sionist rejiminin təxribatına və terror addımlarını qətiyyətlə, digər ölkələrin təhlükəsizliyini və mülki şəxslərin təhlükəsizliyini təhdid etmədən cavablandırır.

İran rəsmisi əlavə edib ki, indi sionist rejimin özünü məzlum kimi nümayiş etdirməsinə kimsə inanmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button